Icma.az
close
up
RU
Uşaqların aqressivliyinin kökündə bu səbəblər durur AÇIQLAMA

Uşaqların aqressivliyinin kökündə bu səbəblər durur AÇIQLAMA

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaqlarda aqressiv davranışların artması son illər həm ailələrin, həm də mütəxəssislərin diqqət mərkəzində olan narahatedici tendensiyalardan biridir. Bu problemin təkcə fərdi xüsusiyyətlərlə deyil, eyni zamanda sosial mühit, ailədaxili münasibətlər, məktəb atmosferi və media təsirləri ilə sıx bağlı olduğu bildirilir.

Artan aqressiya həm uşağın psixoloji inkişafına mənfi təsir göstərir, həm də uzunmüddətli sosial problemlərin yaranmasına şərait yaradır.

Bu kontekstdə sual yaranır: aqressiv davranışların əsas səbəbləri nələrdir və bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atıla bilər?

Psixoloq Dilrubə Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, aqressiyanın artmasının bir çox psixoloji və sosial səbəbləri var. Onun sözlərinə görə, ilk növbədə, uşaqların emosiyalarını idarəetmə bacarığının zəif olması bu prosesə ciddi təsir göstərir:

“Əgər uşaq hisslərini adlandırmağı, ifadə etməyi və stresi tənzimləməyi bacarmırsa, aqressiya onun üçün ən tez və əlçatan çıxış yolu kimi ortaya çıxır. İkinci mühüm faktor ailə modelidir. Uşaq əsasən evdə gördüyünü təkrarlayır. Valideynlər arasında aqressiya, yüksək ton, sərt və cəza yönümlü tərbiyə üsulları varsa, uşaq bu davranışı normal qəbul edir və sosial mühitə daşıyır. Digər vacib amil ekran asılılığıdır. Uşağın telefonda uzun müddət oyun oynaması, aqressiv və çox sürətli videolara baxması onun özünü tənzimləmə bacarığını zəiflədir. Real həyatda problem həll etməyi öyrənmək əvəzinə, qışqırıq və aqressiv reaksiya göstərməyə meyl yaranır”.

Psixoloq qeyd edib ki, sosial mühit və məktəb də bu prosesdə xüsusi rol oynayır:

“Zorakılıq hallarının şahidi olmaq, bərabərhüquqlu ünsiyyətin olmaması, təzyiqə və ya ayrı-seçkiliyə məruz qalmaq uşağın özünü müdafiə məqsədilə aqressiyanı seçməsinə səbəb ola bilər. Psixoloji ehtiyacların ödənməməsi, diqqət çatışmazlığı, sevgi boşluğu, qəbul olunmamaq hissi və özünü dəyərsiz hiss etmə, aqressiyanın ən səssiz, amma ən güclü səbəblərindən biridir. Problemin həlli ilk növbədə valideyn maarifləndirilməsindən keçir. Uşaqda aqressiv davranış çox vaxt “problemli uşaq”dan deyil, yardıma ehtiyacı olan uşaqdan xəbər verir. Valideynlər davranışın özünə deyil, onun arxasında duran səbəblərə diqqət yetirməlidir. Uşaqlara hissləri adlandırmaq, danışmaq və alternativ reaksiya formalarını öyrətmək aqressiyanın tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda intizam qaydalarının erkən yaşdan formalaşdırılması vacibdir. Qaydaların aydın və davamlı olması impulsiv davranışların azalmasına səbəb olur. Ekran vaxtının azaldılması mütləq vurğulanmalıdır. Uşağın enerjisini fiziki oyunlara, yaradıcılığa və açıq hava fəaliyyətlərinə yönəltmək aqressiyanı xeyli yumşaldır. Məktəb və bağçalarda psixoloji xidmətlərin gücləndirilməsi də önəmlidir. Müəllimlər və uşaqlarla işləyən digər mütəxəssislər aqressiv davranışın səbəblərini tanımalı və düzgün yanaşma üsullarına sahib olmalıdırlar. Ən əsası, uşaq dinlənildiyini, dəyərli və qəbul olunduğunu hiss etməlidir. Çünki görünən aqressiya çox vaxt uşağın sizə qarşı deyil, öz çətinliklərinə qarşı mübarizəsinin siqnalıdır. Cəza vermək əvəzinə başa düşmək, qışqırmaq əvəzinə ünsiyyət qurmaq daha effektiv nəticə verir. Uşaq sakit deyilkən onu idarə etmək çətin ola bilər, amma valideyn sakit olduqda hər şey mümkündür”.

Sosioloq Aygün Nəsibova isə bildirib ki, uşaqlarda aqressiv davranışların artması sosiologiya baxımından yalnız fərdi psixoloji faktorlarla deyil, həm də daha geniş sosial strukturlar, mədəni təsirlər və institusional münasibətlərlə bağlıdır.

Onun sözlərinə görə bu proses cəmiyyət-ailə-məktəb-media xəttində baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir:

“Ailə institutunun zəifləməsi aqressiv davranışların əsas sosial səbəblərindən biridir. Emosional soyuqluq, valideynlər arasında münaqişə, boşanmaların artması və valideynlərin iş yükü səbəbindən uşağa az vaxt ayırması aqressiyaya zəmin yaradır. Uşaq ailədə gördüyü davranışı cəmiyyətə daşıdığı üçün ailənin təsiri həlledicidir. Media və rəqəmsal mədəniyyət də aqressiv davranışların formalaşmasında mühüm rol oynayır. Zorakı oyunlar, aqressiv videolar, sosial şəbəkələrdə təhqiramiz davranışlar uşaqlarda zorakılığın normallaşmasına səbəb olur. Media artıq uşaqların ikinci sosiallaşma məkanı kimi ailənin təsirini çox vaxt üstələyir. Məktəb mühiti də bu prosesin mühüm hissəsidir. Məktəbdə rəqabətin artması, müəllim-şagird münasibətlərində sərtlik, sosial təcrid və bullying uşaqlarda aqressiv davranışların həm səbəbi, həm də nəticəsi kimi meydana çıxır. Məktəb cəmiyyətin “mini modeli” olduğuna görə, oradakı sosial gərginlik birbaşa uşağın davranışına təsir edir. Sosial-iqtisadi faktorlar da xüsusi rol oynayır. Aşağı gəlirli ailələrdə stress, iqtisadi qeyri-sabitlik və sosial resurs çatışmazlığı davranış problemlərinin yaranmasına şərait yaradır. Sosiologiyada bu “struktur zorakılığı” adlanır, yəni sosial şərait insanın davranış imkanlarını məhdudlaşdırır”.

Müsahibimiz qeyd edib ki, bununla yanaşı, cəmiyyətdə sosial rolların və dəyərlərin dəyişməsi, kollektiv dəyərlərin zəifləməsi, fərdiyyətçiliyin artması və empatiyanın azalması da uşaqlar arasında aqressiv davranışların çoxalmasına gətirib çıxarır:

“Sosial rolları mənimsəməkdə çətinlik çəkən uşaqlar aqressiyanı müdafiə mexanizmi kimi istifadə edirlər. Aqressiv davranışların qarşısının alınması üçün sosioloji yanaşmalar da təklif olunur. Ailə institutunun gücləndirilməsi, valideynlərin maarifləndirilməsi və ailədaxili ünsiyyətin yaxşılaşdırılması mühüm addımlardır. Məktəblərdə sosial-psixoloji xidmətlərin genişləndirilməsi, “bulliinq”ə qarşı proqramların tətbiqi, sosial-emosional bacarıqların tədrisi və müəllimlərin kommunikasiya bacarıqlarının artırılması da əhəmiyyətlidir. Media savadlılığının artırılması, aqressiv kontentə nəzarət və pozitiv media mühitinin yaradılması rəqəmsal təsirləri azaldır. Uşaqların sosial fəaliyyətlərə, idman, incəsənət, könüllülük və icma layihələrinə cəlb olunması onların aqressiyasını azaldır və sosial bacarıqlarını artırır. Emosional tənzimləmə bacarıqlarının, empatiya, konflikt həlli, özünüifadə öyrədilməsi də həm psixoloji, həm sosial baxımdan vacibdir. Nəticə olaraq, uşaqlarda aqressiv davranışların artması yalnız fərdi problem deyil, cəmiyyətin struktur və mədəni dəyişikliklərinin əksidir. Problemin həlli də yalnız uşağa yönəlməməli, ailə, məktəb, media və sosial mühit birlikdə nəzərə alınmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sitat.info
archiveBu xəbər 12 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri