Icma.az
close
up
RU
Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?

Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?

Lent az saytına istinadən Icma.az xəbər verir.

Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminən 2 saata yaxın vaxtını ekran qarşısında keçirir. Bu vaxt əsasən video izləmək və ya televiziya ilə məşğul olmaqla keçir. Uzun müddət alimlər sadəcə uşağın söz ehtiyatına baxırdı və belə nəticəyə gəlirdilər ki, ekran qarşısında daha çox vaxt keçirən uşaqların söz ehtiyatı daha az olur. 

Tədqiqat necə aparılıb

Alimlər 17-30 aylıq uşaqları olan 388 valideyni araşdırmaya cəlb ediblər. Bu dövr “nitq sıçrayışı” mərhələsi hesab olunur. Valideynlər uşağın nə qədər ekran qarşısında vaxt keçirdiyini qeyd edib, xüsusi dil sorğularını doldurub və uşağın artıq dediyi sözləri işarələyiblər.

Orta hesabla uşaqlar gündə təxminən 110 dəqiqə video izləyib və bu, ən yayılmış rəqəmsal fəaliyyət növü olub. Araşdırma göstərib ki, ekran vaxtı çox olan uşaqlarda söz ehtiyatı sadəcə azalmaqla qalmır, həm də fərqli “söz profili” formalaşır.

Hansı sözlər azalır

Çox video izləyən uşaqlarda bədən üzvlərini bildirən sözlər daha az olur (məsələn: burun, qulaq, ayaq). Bunun səbəbi odur ki, bu sözlər adətən fiziki təmas və real qarşılıqlı əlaqə zamanı öyrənilir.

Hansı sözlər artır

Eyni zamanda bu uşaqlarda aşağıdakı kateqoriyalara aid sözlər daha çox olur:

İnsanlar: ana, ata, nənə, müəllim və s.

Ev əşyaları: divan, mətbəx, televizor və s.

Bunun səbəbi uşağın videoya baxdığı mühitlə bağlı ola bilər məsələn, divanda oturaraq valideynlərlə birlikdə izləmək. Maraqlıdır ki, heyvanlar, qida, oyuncaqlar və nəqliyyat kimi kateqoriyalarda ciddi dəyişiklik müşahidə olunmayıb. Həmçinin forma və materiala aid sözlərdə də fərq qeydə alınmayıb.

Araşdırma göstərir ki, gadgetlərin təsiri “yaxşı” və ya “pis” kimi sadə şəkildə qiymətləndirilə bilməz. Bu, daha mürəkkəb və çoxşaxəli bir prosesdir. Keyfiyyətsiz kontent nitq inkişafını zəiflədə bilər, lakin keyfiyyətli, öyrədici və interaktiv kontent əksinə faydalı ola bilər. Ən vacib amillərdən biri də mühitdir. Əgər uşağın həyatında valideynlərlə canlı ünsiyyət, oyun və qarşılıqlı əlaqə varsa, gadget istifadəsi olsa belə, nitq inkişafı normal davam edə bilər.

Tövsiyələr

Qəti qadağalar əvəzinə daha balanslı yanaşma tövsiyə olunur:

ekran vaxtını məhdudlaşdırmaq

kontentin keyfiyyətinə diqqət yetirmək

maarifləndirici və interaktiv proqramlara üstünlük vermək

gadgetləri canlı ünsiyyətin yerinə qoymamaq

Ən əsası isə ideal axtarmaq lazım deyil. Bəzən bir neçə dəqiqəlik cizgi filmi valideynlərə istirahət imkanı verir və bu enerji sonradan uşağa daha çox diqqət və qayğı kimi geri qayıdır. Qeyd etmək lazımdır ki, bu tədqiqat valideynlərin verdiyi məlumatlara əsaslanır və tam səbəb-nəticə əlaqəsini sübut etmir. Buna görə də elm bu sahədə araşdırmalarını davam etdirir.

Ekranlar artıq uşaqlığın bir hissəsinə çevrilib və bunu görməzdən gəlmək mümkün deyil. Amma qorxu yerinə şüurlu yanaşma seçmək daha doğrudur. Gadgetlər inkişafı avtomatik şəkildə pozmur sadəcə onun istiqamətini dəyişir. Bu istiqamətin necə olacağını isə valideynlər müəyyən edir. Uşağın nitqi yalnız ekranlardan deyil, həm də ünsiyyətdən, oyundan və canlı münasibətlərdən formalaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri