Icma.az
close
up
RU
Telefondan istifadə uşaqların nitqinə və yaddaşına mənfi təsir edir Psixoloqdan XƏBƏRDARLIQ

Telefondan istifadə uşaqların nitqinə və yaddaşına mənfi təsir edir Psixoloqdan XƏBƏRDARLIQ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrdə texnologiyanın həyatımızda tutduğu geniş yer, xüsusilə uşaqlar arasında telefonlara marağın artması ilə bağlı ciddi narahatlıqlar doğurur. Bəzən telefonda oynadıqları oyunlar onlar arasında münaqişələrə səbəb ola bilir. Təəssüflər olsun ki, hərdən bu münaqişələr ciddi fəsadlar törədir. 

Bəs telefona tələbatın çox olduğu dövrdə belə halların qarşısı necə alınmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, uşaqların telefonlardan çox istifadə etməsi psixoloji problemlər, qorxu, diqqət çatışmazlığı, asosiallıq və asılılıqların yaranmasına səbəb olur.

"Təəssüf ki, artıq hər yaşdan uşaqlarda, hətta ən kiçik yaşlardan belə telefonlara maraq çox böyükdür. Bu da uşaqları ətraf mühitdən, insanlarla ünsiyyətdən uzaqlaşdırır və asosiallıq yaradır. Bu vəziyyət onların nitqinə, diqqətinə, yaddaşına, təfəkkürünün formalaşmasına və ümumiyyətlə, psixi proseslərinə mənfi təsir göstərir. Elə oyunlar var ki, uşaqlarda aqressiyaya, qorxuların yaranmasına, nifrət hissinin formalaşmasına səbəb olur. Qan tökmək, öldürmək, vurmaq, dalaşmaqla bağlı olan oyunlar uşaqlarda şiddətə və zorakılığa meyli artırır, daxili gərginlik yaradır və ətrafla münasibətlərinin düzgün formalaşmasına mane olur".

Psixoloqun sözlərinə görə, uşaqları internetdən və telefonlardan tamamilə uzaqlaşdırmaq mümkün deyil, lakin valideynlər onların texnologiyadan istifadə müddətinə ciddi nəzarət etməli və oynadıqları oyunları diqqətlə seçməlidirlər.

"Telefonda çox vaxt keçirməyin və asılılığın qarşısını almaq üçün isə uşaqların marağına səbəb olacaq məşğuliyyətlər artırılmalıdır. Valideyn bunu təkbaşına deyil, uşağın istədiyini nəzərə alaraq məşğuliyyəti tapıb onu həmin istiqamətə yönləndirməlidir. Məsələn, musiqi alətlərini öyrənmək, idmanla məşğul olmaq, dil öyrənmək, müxtəlif kurslara getmək və s. həm uşaqların vaxtının səmərəli keçməsinə, həm də onların inkişafına yol açar. Beləliklə, uşaqlar telefonla daha az vaxt keçirmiş olarlar.

Burada valideynlərin üzərinə böyük yük düşür. Unutmayaq ki, uşaqlarımız bizim gələcəyimizdir. Sağlam gələcək istəyiriksə, onları həm fiziki, həm də psixoloji cəhətdən sağlam böyütmək bizim borcumuzdur".

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri