Icma.az
close
up
RU
İnternet uşaqların həyatına necə təsir edir?

İnternet uşaqların həyatına necə təsir edir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər dünyanın bir çox ölkəsində uşaqların internetdən geniş istifadəsi onların həyat tərzinə müxtəlif təsirlər göstərir.

Belə ki, bu gün uşaqlar internet vasitəsilə yalnız bilik əldə etmirlər. Onlar burada müxtəlif istiqamətlərdə məlumatlar əldə edirlər ki, bunların bir qismi, hətta onların həyatı üçün təhlükəlidir.

Qeyd edək ki, məhz bunları nəzərə alan bir sıra ölkələr uşaqların internetdən istifadəsi ilə bağlı müxtəlif qadağalar tətbiq ediblər. 

"Cebheinfo.az" xəbər verir ki, həmin ölkələrdən biri kimi 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmağı hədəfləyən hüquqi tənzimləmənin bu ayın sonunda Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi açıqlanıb.

Dünya miqyasında bu sahədə ən diqqətəlayiq nümunələrdən biri Avstraliyadır. Avstraliya sosial media şirkətlərinə 16 yaşdan kiçik uşaqların öz platformalarında hesab açmasının qarşısını almağı tapşırıb.

Tənzimləmənin məqsədi uşaqların onlayn təhlükəsizliyini artırmaq və zərərli məzmunla qarşılaşma riskini azaltmaqdır. 4 dekabrdan etibarən Avstraliyada 16 yaşdan kiçiklərə məxsus olduğu müəyyən edilmiş "Facebook", "Instagram" və "Threads" hesabları tədricən bağlanmağa başlayıb. 

Türkiyənin Təlim və Tədqiqat Xəstəxanasının Uşaq və Yeniyetmələrin Ruhi Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, psixiatr Yelda Tan bildirib ki, internet, sosial media, rəqəmsal oyunlar və müxtəlif videoların paylaşıldığı kanallar uşaqlara əyləncə, təhsil və sosiallaşma imkanları yaradır:

"Lakin sosial mediadan istifadə, xüsusən də uşaqlar və yeniyetmələr üçün bir çox təhlükə yaradır. Bu gün çölə çıxa bilməyən uşaqlar evdəki internet sayəsində xarici dünya ilə asanlıqla ünsiyyət qura bilirlər. Başqa sözlə, "küçə evlərimizə daxil olub". Xüsusilə sosial media və onlayn oyunlar potensial təhlükəli yad insanlarla ünsiyyət qurmağı çox asanlaşdırır".

Psixiatr kiberhücum, fırıldaqçılıq, müxtəlif təcavüz və istismar formalarının baş verdiyini vurğulayaraq bildirib ki, "Sosial mediadakı məzmunlar fobiyalar, depressiya, yemək pozğunluqları və davranış problemləri kimi psixiatrik xəstəliklərin inkişafına səbəb ola bilər.

Çox vaxt görülən tədbirlər fərdlərin gücü xaricindədir. 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi təhlükəsiz internet istifadəsi üçün vacib bir tədbir olardı. Dövlətin belə bir təcrübəyə başlaması uşaqlar üçün daha güclü bir maneə yaradacaq, çünki bir çox valideyn bu baxımdan uşaqlarını idarə edə bilmir. Sosial mediada gəzən uşağın ən azı müəyyən bir yaşda olması faktı indi qanunla konkretləşdiriləcək".

Qeyd edək ki, Azərbaycanda da internet uşaqların gündəlik həyat tərzinə çevrilib. Demək olar günün əksər hissəsini internetdən istifadə edən uşaqlar, artıq öz yaşıdları ilə təmiz havada oynamır, hərəkətliliyi, hətta bəzən yemək saatını belə, unudurlar.

Bu gün həmin şəraitin yaranması dövrlə əlaqələndirilsə də burada bəzi valideynlər də günahkardır. Bütün bunları nəzərə alaraq uşaqların internetdən istifadəsinin məhdudlaşdırılması onların sağlamlığı və təhlükəsizliyi üçün mühüm amildir.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri