Icma.az
close
up
RU
Uşaqların dəyişən OBRAZI Böyüklər artıq nağıl danışmır, yoxsa azyaşlılar DİNLƏMİR?

Uşaqların dəyişən OBRAZI Böyüklər artıq nağıl danışmır, yoxsa azyaşlılar DİNLƏMİR?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bu günün gənc, orta yaşlı insanlarının əksəriyyətinin uşaqlığı “Qoğal”ın,  “Turp”un, “Qırmızıpapağın” və s. nağıllarını  dinləməklə, müxtəlif şeirlər öyrənməklə keçib. Ancaq təəsüflər olsun ki, dövrümüzdə şeir, nağıl bilən azyaşlıların sayı azdır.  
Hətta bəzən bir uşaqdan hansı şeiri bildiyini soruşanda o, şeir əvəzinə izlədiyi cizgi filmin musiqisini oxumağa başlayır. Bu da uşaqların şeirdən, nağıldan nə qədər uzaq olduğunu göstərir. 
Maraqlıdır ki, bu tendensiya niyə dəyişib? Görəsən, artıq böyüklər nağıl danışmır, yoxsa uşaqlar dinləmək istəmir?
Ailə və uşaq psixoloqu Aynur İsmayılova məsələylə bağlı fikirlərini Bizim.Media-ya bildirib.  O qeyd edib ki, uşaqları buna valideynlər sövq etməlidir:
 

MÖVZU İLƏ BAĞLI:
Tarixə qovuşan ANİMASİYA FİLMLƏRİMİZ – Uşaqlar üçün cizgi filmləri niyə ÇƏKİLMİR?


“Şeir və yaxud nağıl bilmək uşağın həm zehni, həm də emosional inkişafına çox müsbət təsir göstərir. Amma təəssüf ki, son vaxtlar telefonların, planşetlərin funksiyalarının çoxalması, oyunlar uşaqları sosial ünsiyyətdən çəkindirməyə başlayıb. Onlara nə vaxt baxsaq, telefondan istifadə edirlər”.
Aynur İsmayılova vurğulayıb ki, valideyn uşağın başının qarışması, öz işlərini görmək üçün ona telefon verirsə, uşaq da artıq buna öyrəşir.  
“Onlar fərqində deyillər ki, bu hallar həm uşaqların sosial ünsiyyətini azaldır, həm diqqət əksikliyini artırır, həm də uşağın təxəyyülünün formalaşmasına çox mənfi təsir edir. Çünki uşağa nağıl danışdıqda, o öz təxəyyülü vasitəsilə  nağılı beynində canlandırır.  
Canlandırdığı nağıla özü də inanır, sanki nağıldakı qəhrəmanların səsini eşidərək o rolu birbaşa özü oynayır. Amma ekranda izlədiyini elə oradaca unudur, sadəcə qorxduğu məqamları yadında saxlamağa məcbur olur”. 
Müsahibimiz nağıl dinləyən uşaqla telefondan istifadə edən uşağı müqayisə edərək fərqləri açıqlayıb.
“Mavi ekranı izləyən uşaqla, nağıl dinləyən uşağın hissləri eyni deyil. Uşaq nağıl danışan insana önəm verir, ona sual verməklə ünsiyyət qurur. Amma o planşetə, telefona sual verə bilmir deyə onun təxəyyülündəki inkişaf prosesi zəifləyir. Telefondan, planşetdən yaranan asılılıq isə uşağın gələcəkdə özünəqapanmasına səbəb olur”. 


Nəzrin Mirzəyeva, Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri