Icma.az
close
up
RU
Uşaqların futbol oynadığı stadiona əvvəl zibil qabı düzdülər, sonar isə… FOTO

Uşaqların futbol oynadığı stadiona əvvəl zibil qabı düzdülər, sonar isə… FOTO

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycanın DÇ 2026-nın seçmə mərhələsində İslandiyaya 0:2 hesabı ilə məğlubiyyəti sosial şəbəkələrdə yenidən ciddi müzakirələrə səbəb olub.

İdman.Biz xəbər verir ki, istifadəçilər, o cümlədən idman ekspertləri və tanınmış simalar millinin oyununda irəliləyiş olduğunu qeyd etsələr də, uşaq futbolundakı problemlərdən tutmuş infrastruktur çatışmazlığına qədər müxtəlif mövzulara da toxunublar.

Müzakirələrə qoşulan tanınmış radio aparıcısı Tural Yusifov paylaşımında futbol meydançalarının ardıcıl şəkildə sıradan çıxarıldığını tənqid edib:
“Azərbaycanın futbol üzrə yığması 0:2 hesabı ilə İslandiya yığmasına məğlub olur. Səbəb? Məsələn: futbol meydançalarının yerində tikintilərin aparılması”.

Yusifov Hövsanda yerləşən və uşaqlıq illərində oynadıqları futbol meydançasının taleyini xatırladaraq, “orada uşaq və yeniyetməlik dövrümüzdə futbol oynadığımız bir meydança var idi. Bəli, ot örtüyü, süni meydança deyildi, sadə torpaq örtüyü idi. Hamımız elə yerlərdə oynamışıq da. Bir çox uşaqlar belə yerlərdən böyük futbola keçid edib. Bu stadion Suraxanının keçmiş icra başçısı H.Abutalıbovun təşəbbüsü ilə salınmışdı”, - deyə bildirib.

Onun sözlərinə görə, ənənəvi taktika ilə meydança əvvəlcə baxımsız buraxılıb, sonra isə məqsədli şəkildə yararsız vəziyyətə salınıb:
“Torpaq örtüyünün tikanla örtülməsinə göz yumdular. Stadionun yarısı tikanlığa çevrildi. Uşaqlar meydanın ikinci yarısında oynamasınlar deyə, o hissədə zibil qablarını sıra ilə düzdülər (peykdən çəkilmiş fotodan da görünür)”.

Yusifov qeyd edir ki, stadion yalnız onun ətrafında qaçan və yaşlı insanların tonusda qalması, sürətli yürüş etməsi üçün yararlı qalıbmış. Və bir gün əvvəl ətrafını hasarlayıblar, bir ay içərisində isə stadion böyük bir tikili ilə əvəzlənib.

Yusifov nəticənin səbəblərinin çox daha dərin olduğunu vurğulayıb: “Deyirsiniz ki, niyə uduzuruq? Uşaqların futbol oynaması üçün nə həyətlərdə, nə də kənarlarda yer qalmayıb”.

O, futbol meydançasına düzülən zibil qablarının mənzərəni simvolik şəkildə ifadə etdiyini də qeyd edib: “Bizim üçün futbolun yeri elə oradı”.

Xatırladaq ki, İdman.Biz bir müddət əvvəl Kürdəxanı kəndində, şəxsi evinin həyətində uşaqlar üçün futbol meydançası quran 45 yaşlı Zakir Əliyevlə geniş müsahibə edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri