Uşaqların həyatını təhlükəyə atan səhv: Valideynlər bunu etməməlidir
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azyaşlı uşaqlar yoluxucu xəstəliklərə qarşı daha həssas olduqları üçün bu xəstəlikləri ağır keçirə, stasionar müalicəyə ehtiyac duya, hətta həyatlarını itirə bilərlər. Peyvəndləmənin gecikdirilməsi isə uşaqların müəyyən dövrdə infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olur.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İctimai Səhiyyə və İslahatlar Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, xüsusilə 2 yaşadək uşaqlar B tipli hemofil infeksiyası və pnevmokok infeksiyasına yoluxma baxımından daha yüksək risk qrupuna daxildirlər. Bununla yanaşı, hepatit B, göyöskürək və vaksinlərlə qarşısı alına bilən digər xəstəliklər də azyaşlılarda ağır fəsadlara səbəb ola bilər. Toyuqlu pizza
Qeyd olunub ki, uşaqların vaxtında peyvənd olunması onların immun müdafiəsini gücləndirir və erkən yaşlardan yoluxucu xəstəliklərdən qorunmasına kömək edir.
Məhz buna görə də uşaqların doğulduğu gündən etibarən Profilaktik peyvəndlər təqviminə uyğun olaraq vaksinasiyaya cəlb edilməsi vacib hesab olunur. Peyvəndlərin vaxtında vurulması uşaqların sağlamlığının qorunmasında və yoluxucu xəstəliklərin ağırlaşma riskinin azaldılmasında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















