Bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var Təhsil eksperti
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Beynəlxalq təcrübədə 7-ci sinifdən başlayaraq ildə bir dəfədən az olmayaraq şagirdlər üçün peşə yönümlü testlər keçirilir, həmin testlərin nəticələri valideyn iclaslarında müzakirə olunur, valideynlərə övladlarının hansı sahələrdə bacarıqlı olduğuyla bağlı məlumatlar verilir. Uşaqlar həm valideyn, həm məktəb vasitəsilə həmin ixtisaslar üzrə istiqamətləndirilir. Təəsüflər olsun ki, bizdə həmin testlər keçirilmir. Məktəblərdə sinif saatlarında müəllimlər, sinif rəhbərləri uşaqları ixtisaslar üzrə maarifləndirməklə onların bacarıqları üzrə yönəlməsinə çalışmalıdırlar. Amma bizdə belə deyil”.
Bunu təhsil eksperti Elşən Qafarov 525.az-a deyib. Ekspertin sözlərinə görə, bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var:
“Valideynlər övladlarının daha rahat, qazanclı peşələr seçməsinə maraqlıdırlar. Ətraflarında hər hansı bir peşə üzrə tanınmış bir şəxs varsa, düşünürlər ki, övladı da həmin sahə üzrə təhsil almalıdır. Onlar inanırlar ki, övladları da həmin adam kimi olacaq, maddi təminatları da daha yaxşı olacaq”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















