Icma.az
close
up
RU
Uşaqların tərbiyəsi ilə kimlər məşğul olmalıdır: valideyn yoxsa məktəb? AYDINLIQ GƏTİRİLDİ

Uşaqların tərbiyəsi ilə kimlər məşğul olmalıdır: valideyn yoxsa məktəb? AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

“XXI əsrdə dünyada uşaqların tərbiyəsi və dəyərlərinin formalaşması artıq təkcə valideynlərin məsuliyyətində deyil. Z nəsli və Alfa nəsli uşaqları valideynlərdən çox, sosial media və rəqəmsal platformalardan təsirlənir. Bugün uşaqları öyrədən ilk nəsnə "YouTube"dur. Ailə uşağın ilk tərbiyə aldığı mühitdir. Lakin bu gün çox valideynlər tərbiyə yükünü məktəblərə və cəmiyyətə ötürür. İş rejiminin ağır olması, texnologiyanın həyatın mərkəzinə çevrilməsi və valideynlərin sosial mediaya olan marağı onların övladları ilə daha az vaxt keçirməsinə səbəb olur”. Bu sözləri araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəblər cəmiyyətin ən böyük qüvvəsidir: “Müəllimlər uşaqlara dəyərləri öyrətməyə çalışırlar və məktəblər ailənin verdiyi tərbiyəni tam əvəz etməməyə çalışmamalıdır. Həmçinin uşaqların çoxu gün ərzində saatlarla telefon və kompüter qarşısında vaxt keçirir. "Tiktok", "YouTube" və "Instagram" kimi platformalar onların dünyagörüşünü və dəyərlərini formalaşdırır. Ənənəvi valideyn nəsihətləri yox, sosial media fenomenlərinin, bloggerlər və təsir gücünə malik şəxslərin fikirləri əsas istiqamətverici qüvvəyə çevrilib.

Sosioloq həmçinin bildirib ki, Z və Alfa nəsli dəyişilmiş deyərlərlə böyüməkdədir: “Z nəsli (1997–2012) və Alfa nəsli (2013-dən sonra doğulanlar) texnologiya ilə iç-içə böyüyən ilk tam rəqəmsal nəsillərdir. Onlar açıq fikirli, sürətli düşünən və texnologiyadan asılı fərdlərdir. Onlar real həyatdakı ünsiyyətdən uzaqlaşır və bir çox hallarda emosionaldırlar. Bütün istəkləri əldə olunub deyə xəyalları məhduddur. Z və Alfa nəsil uşaqları ətrafdan xüsusi qayğıyla əhatə olunurlar. Onlar düşünür ki, hər istədikləri əldə olunmalıdır və bəzən belə də olur. Əvvəllər hər ailədə 5-6 uşaq var idisə, onlara bir hədiyyə düşürdü. İndi isə uşaqların sayı azalıb, hər ailəyə 2 uşaq düşür və onlarında istəkləri tam təmin olunur. O uşaqların arzuladığı və getməkmistədikləri yerlər əlçatandır. Yəni bu gün arzuladığı nəsnələr sabah onlara təqdim olunur. Bu istəkləri sürətlə həyata keçdiyi üçün onlar xırda bir “yox” cavabına mənfi reaksiya verir və əsəbəşməyə başlayırlar. Həmçinin baxdıqları sosial platformalarda şiddət, əsəb və zorakı hərəkətləri özündə ehtiva edirlər. Yəni onların gördüyü və baxdığı materiallar bundan ibarət olduğu üçün getdikcə həmin hərəkətləri təkrarlamağa başlayırlar. Bütün hallarda istər Z nəsli, istərsə də Alfa nəsli uşaqların tərbiyəsi həm cəmiyyətdəki məktəb, təhsil ocaqları və digər müəssisələr, eləcə də valideynlərlə birlikdə aparılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri