Icma.az
close
up
RU
Uşaqların xəstələnməməsi üçün BUNLARI EDİN HƏKİM RƏYİ

Uşaqların xəstələnməməsi üçün BUNLARI EDİN HƏKİM RƏYİ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlin bütün fəsillərində, azyaşlılardan böyüklərə qədər müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Son dövrlərdə uşaqlar arasında qripə oxşar virus infeksiyalarının geniş yayıldığı müşahidə olunur. Körpə və uşaqlarda xəstəliyin şiddəti onların immun sisteminin gücünə görə fərqlənir.

Uşaqları viruslardan necə qorumaq olar? Onların yoluxmaması üçün nə etmək lazımdır və xəstəliyi yüngül keçirməsinə görə əvvəlcədən hansı addımlar atılmalıdır? 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən professor, həkim Adil Qeybulla təəssüf ki, respirator infeksiyalardan qorunmağın hələ də tam optimal yolunun 
müəyyənləşdirilmədiyini deyib. 

Onun sözlərinə görə, bu infeksiyalar hava-damcı yolu ilə keçdiyindən, qorunmaq üçün maskadan düzgün istifadə etmək, əlləri təmiz saxlamaq və sosial məsafəni qorumaq vacibdir:

“Bu qaydalar bizə karantin dövründən tanışdır. Lakin bütün bu tədbirlər riskin qarşısını tam şəkildə ala bilmir. Əsas məsələ bu vasitələrdən düzgün və məqsədəuyğun şəkildə istifadə olunmasıdır. Maska növü düzgün seçilməli, onun istifadəsi zamanı gigiyena qaydalarına riayət edilməli və maskanın ağızda qalma müddəti nəzarətdə saxlanılmalıdır. Maskalar burun və ağız boşluğunu tam örtməlidir. Bu üsullar effektiv sayılsa da, yoluxmaların qarşısını tam şəkildə almağa kifayət etmir”.

Həkim uşaqlar bu cür infeksiyalardan qorumaqda ən mühüm addım kimi vaxtında peyvənd edilməyi göstərib.

A.Qeybulla vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, uşaqlara müxtəlif yaş dövrlərində 13 adda peyvənd tətbiq edilməlidir:

“Son illərdə bu prosesi daha da sadələşdirmək üçün bir neçə peyvəndin tərkibi bir dozada birləşdirilərək hexa və ya penta peyvənd formasında uşaqlara tətbiq olunur. Bu, həm rahat, həm də effektivdir. Peyvəndlərdən çəkinmək və onların əleyhinə olan təbliğata aldanmaq doğru yanaşma deyil”.

Müsahibimiz qızılcanın son dövrlərdə yenidən yayılması və bu xəstəliyin Azərbaycanda da ciddi problemlərə səbəb olmasının bir çox valideynin vaxtında övladlarını peyvənd etdirməməsi ilə bağlı olduğunu bildirib:

“Bu səbəbdən uşaqların sağlamlığını qorumaq və immun sisteminin güclü olmasını təmin etmək üçün peyvənd prosedurlarını vaxtında və düzgün şəkildə yerinə yetirmək mühüm əhəmiyyət daşıyır. Vaksinasiya nəticəsində uşaqların qrip və bəzi pnevmoniya törədicilərinə qarşı müqaviməti artır, immun sistemi bu infeksiyalara qarşı daha dayanıqlı olur”.

Fidan Hacızadə
Sfera.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri