Icma.az
close
up
RU
Uşaqlıq boynu xərçəngi. Səbəblər, simptomlar, müalicə

Uşaqlıq boynu xərçəngi. Səbəblər, simptomlar, müalicə

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqlıq boynu xərçəngi bədxassəli şişdir. Bu xəstəlik, adətən, yaşlı qadınlarda təsadüf edilir. Ancaq tibbi ədəbiyatlarda xəstəliyin cavan qadınlarda inkişaf etməsi hallarının olması barədə də məlumatlara rast gəlinir.

Uşaqlıq boynu xərçənginin əmələ gəlmə səbəbləri sona qədər öyrənilməmişdir. Belə bir fikir mövcuddur ki, bu şişin inkişaf etməsində əsas rollardan biri insan papilloması virusuna (İPV) məxsusdur. Uşaqlıq boynu hüceyrələrində uzun müddət ərzində yaşayan bu viruslar həmin hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur.

Uşaqlıq boynunun xərçənginin əmələ gəlməsinin əsas risk (təhlükə) faktorları aşağıdakılardır:

- cinsi həyatın erkən (14-15 yaşından) başlaması;

- erkən və gecikmiş hamiləliyin və doğuşun olması;

- cinsi əlaqə tərəfdaşlarının tez-tez dəyişdirilməsi;

- urogenital (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyalar (xüsusən, papillomovirus infeksiyasının);

- uşaqlıq boynunun xəstəlikləri (edometriyanın polipləri, uşaqlıq boynunun polipləri, eroziyalar);

- travmatik doğuşlar;

- çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) və s. bu kimi hallar.

Əfsuslar olsun ki, uşaqlıq boynu xərçəngi ilkin dövrlərində özunü heç bir əlamətlə büruzə vermir. Əlamətlər üzə çıxdıqda isə proses artıq xeyli dərəcədə inkişaf etmiş olur.

Uşaqlıq boynu xərçənginin gecikmiş dövrlərində xəstələr uşaqlıq yolundan xeyli miqdarda selikli-qanlı ifrazatın olmasından, zəif və ya güclü qanaxmalardan şikayət edirlər. Qanaxma bilavasitə cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra baş verə bilər. Daha sonradan xəstələrdə qarın nahiyəsində, bəzən beldə və aralıq nahiyəsində ağrılar yaranmış olur. Şişin ölçülərinin artması və onun yanaşı orqan toxumalarına (bağırsaq, sidik kisəsi, uretra) keçməsi ilə ağrıların daha da şiddətlənməsi baş verir.

Uşaqlıq boynu xərçənginin diaqnostikası həkim-ginekoloqun müayinəsindən və şikayətlərin öyrənilməsindən başlayır. Ginekoloji güzgülərin köməkliyi ilə aparılan müayinədən sonra həkim uşaqlıq boynunun vəziyyətini, orada şişin olmasını müəyyən edir. Bu müayinə zamanı biopsiya da (uşaqlıq boynu toxumasından mikroskopik materialın götürülməsi) yerinə yetirilə bilər. Götürülən materialın laborator müayinəsi onun bədxassəli olub-olmadığını müəyyən etməyə imkan verir. Xəstənin diaqnozunu dəqiqləşdirmək üçün USM, kompüter və ya nüvə-maqnit-rezonans tomoqrafiya müayinələrindən də istifadə edilməsi tələb oluna bilər.

Uşaqlıq boynu xərçənginin ilkin dövrlərində əsasən cərrahi müalicə üsulundan istifadə edilir. Proses çox dərinləşməmiş olduqda uşaqlığın cisimini, uşaqlıq boruları və yumurtalıqları saxlamaqla yalnız uşaqlıq boynunu xaric edirlər. Bu halda, qadın gələcəkdə ekstrakorporal mayalanma (EKM) tətbiq edilməsi yolu ilə ana ola bilər. Xəstəliyin gecikmiş dövrlərində isə uşaqlığın yumurtalıqlarla birlikdə (və ya onlarsız) xaric edilməsi üzrə cərrahi əməliyyat aparılır.

Bəs uşaqlıq boynu xərçəngindən necə qorunmaq olar? Bunun üçün hər bir qadın ilk növbədə ildə 2 dəfə olmaqla (hər 6 aydan bir) həkim-ginekoloqun profilaktik müayinəsindən keçməlidir.

Həkim uşaqlıq boynunun xüsusi müayinəsini apararaq oradan götürülmüş yaxmanı laborator müayinəyə göndərir. Hal-hazırda inkişaf etmiş ölkələrdə, xəstəliyin ilkin dövrlərdə aşkar edilməsi nəticəsində, uşaqlıq boynu xərçəngindən ölənlərin sayı ilbəil azalmaqdadır. Bundan başqa, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədi ilə eroziyalar, endometrioz, displaziyalar və sairə bu kimi xəstəliklərin vaxtında aşkar edilərək diqqətlə və dəqiqliklə müalicə olunması da vacib hesab edilir!

Uşaqlıq boynu xərçənginin profilaktikasında əsas üsullardan biri də İPV – insan papilloması virusuna qarşı vaksinasiya sayılır. Müasir təbabətdə belə hesab olunur ki, İPV-insan papiloması virusu nəinki uşaqlıq boynunun xərçəngi, həmçinin uşaqlıq boynunun eroziyası, uşaqlıq boynunun displaziyası, genital (qadın cinsi üzvlərinin) ziyillərin (kandillomalar) əmələ gəlməsinin də əsas səbəbkarıdır. İPV-yə qarşı vaksinasiya ilk növbədə, cinsi həyata başlamamış qız uşaqları, həmçinin cavan qadınlar üçün vacib hesab edilir. Eyni zamanda vaksinasiyanın yaşlı qadınlarda olan effektivliyi barədə də tibbi məlumatlar mövcuddur.

Peyvənd kursu müəyyən fasilələr verilməklə 6 ay ərzində olunan 3 sayda əzələdaxili inyeksiyadan (iynə vurulması) ibarətdir. Vaksinasiyanın olunmasına əks göstərişlər: ağır xroniki xəstəliklər, qan xəstəlikləri, vaksinanın tərkibindəki maddələrə qarşı fərdi uyğunsuzluq, hamiləlik.

Hal-hazırda Azərbaycanda bu vaksini əldə etmək mümkündür. Yaşından asılı olmayaraq İstənilən qadın, İPV-insan papilloması virusuna qarşı peyvənd etməklə, özünü qadın cinsi orqanlarının bir sıra təhlükəli xəstəliklərinə yoluxmaqdan sığorta etmiş (qorumuş) olar.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri