Icma.az
close
up
RU
Uşaqlıqda çox cəzalandırılan insanların 7 gizli xüsusiyyəti

Uşaqlıqda çox cəzalandırılan insanların 7 gizli xüsusiyyəti

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uşaqlıqda valideynləri tərəfindən tez-tez cəzalandırılan insanlar yetkinlik dövründə müəyyən psixoloji və davranış problemləri ilə üzləşə bilərlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaqları dostları ilə ünsiyyətdən və sevdikləri fəaliyyətlərdən məhrum etmək bəzi hallarda tərbiyə üsulu kimi tətbiq edilir. Lakin bu cür cəzalar davamlı xarakter aldıqda uşağın sosial münasibətlərinə, özünəinamına və emosional inkişafına mənfi təsir göstərə bilər.

Uşaqlıqda tez-tez cəzalandırılan insanlarda yetkinlik dövründə müşahidə oluna bilən yeddi xarakter xüsusiyyətini açıqlayıb.

1. Diqqət çəkmək üçün qeyri-adi davranışlar nümayiş etdirirlər

Uşaqlıqda yalnız səhv etdikdə və cəzalandırıldıqda valideynlərinin diqqətini görən insanlar böyüdükdə də diqqət qazanmaq üçün qeyri-adi davranışlara meyilli ola bilərlər. Belə şəxslər bəzən üsyankar davranır, qaydalara qarşı çıxır və ətrafdakıların diqqətini özlərinə yönəltməyə çalışırlar. Bunun səbəbi uşaqlıqda onlara davranışlarını necə düzəltməyin və məsuliyyəti necə qəbul etməyin kifayət qədər öyrədilməməsi ola bilər.

2. Məsuliyyətdən yayınmağa çalışırlar

Valideynlər uşağa səhvini izah etdikdə və davranışının nəticələrini başa saldıqda onun məsuliyyət hissinin inkişafına kömək edirlər. Lakin hər səhvə görə dərhal otağa göndərilən, evdən çıxmasına və dostları ilə görüşməsinə qadağa qoyulan uşaq bəzən nəyi yanlış etdiyini tam anlamır. Nəticədə o, problemləri həll etmək əvəzinə, onlardan qaçmağı öyrənə bilər. Yetkinlik dövründə isə bu davranış şəxsi münasibətlərdə və iş həyatında çətinliklər yarada bilər.

3. Səhvlərindən nəticə çıxarmaqda çətinlik çəkirlər

Səhvlərdən dərs çıxarmaq bacarığı uşaqlıq dövründə formalaşmağa başlayır. Valideynlər uşağa səhvlərini təhlil etmək imkanı yaratdıqda o, gələcəkdə oxşar vəziyyətlərdə daha düzgün qərarlar verməyi öyrənir. Ancaq davamlı cəzalandırılan uşaqlar çox vaxt etdikləri səhvdən deyil, aldıqları cəzadan narahat olurlar. Bu səbəbdən onlar səhvlərini etiraf etmək və düzəltmək əvəzinə, onları gizlətməyə üstünlük verə bilərlər.

4. Səhvlərini başqalarından gizlədirlər

Uşaqlıqda sərt cəzalara məruz qalan bəzi insanlar yetkinlik dövründə də uğursuzluqlarını və səhvlərini gizlətməyə çalışırlar. Onlar həqiqəti söylədikdə mənfi reaksiya ilə qarşılaşacaqlarından ehtiyat edə bilərlər. Bu isə zamanla yalan danışmaq, məsuliyyətdən qaçmaq və yaxın insanlardan müəyyən məsələləri gizlətmək vərdişinə çevrilə bilər. Psixoloqların yanaşmasına görə, belə davranışlar ailə və dostluq münasibətlərində etimadın zəifləməsinə səbəb ola bilər.

5. Tək qalmaqdan xoşlanmırlar

Uşaqlıqda otaqda tək qalmaqla və ya sosial ünsiyyətdən məhrum edilməklə cəzalandırılan insanlar üçün tənhalıq mənfi xatirələrlə əlaqələndirilə bilər. Bu səbəbdən bəzi insanlar böyüdükdə tək qalanda narahatlıq keçirir, daim başqalarının yanında olmaq istəyirlər. Onlar üçün təklik istirahət və rahatlıq deyil, keçmişdə yaşadıqları xoşagəlməz təcrübələrin xatırlanması anlamına gələ bilər.

6. Avtoritet şəxslərə etibar etməkdə çətinlik çəkirlər

Həddindən artıq sərt valideynlərin yanında böyüyən uşaqlar böyükləri qorxu və cəza ilə əlaqələndirə bilərlər. Belə uşaqlar üçün valideynlər bəzən problemlərini bölüşə biləcəkləri insanlar deyil, səhvlərinə görə onları cəzalandıran şəxslər kimi qəbul edilir. Bu münasibət yetkinlik dövründə də davam edə bilər. Nəticədə həmin şəxslər rəhbərlərə, müəllimlərə və digər nüfuz sahibi insanlara etibar etməkdə çətinlik çəkə bilərlər.

7. Özünəinam və özünüqiymətləndirmə problemləri yaşayırlar

Daim cəzalandırılan uşaqlar zamanla özlərini başqalarından daha bacarıqsız və dəyərsiz hiss edə bilərlər. Xüsusilə dostları ilə görüşmələrinə və ictimai fəaliyyətlərdə iştiraklarına mütəmadi qadağa qoyulması onların həmyaşıdları arasındakı münasibətlərinə mənfi təsir göstərə bilər. Belə uşaqlar böyüdükdə həddindən artıq ehtiyatlı davranmağa, səhv etməkdən qorxmağa və başqalarının fikirlərindən asılı olmağa meyilli ola bilərlər. Bəzi hallarda onlar şəxsi münasibətlərində də sərt və nəzarətçi tərəfdaşlara üstünlük verə bilərlər. Çünki bu cür münasibətlər onlara uşaqlıqdan tanış olan davranış modelini xatırladır.

Mütəxəssislər vurğulayırlar ki, uşağın davranışını düzəltmək üçün yalnız cəza tətbiq etmək kifayət deyil. Ona səhvinin səbəbini və nəticələrini izah etmək, fikirlərini dinləmək və məsuliyyətli davranmağı öyrətmək daha faydalıdır. Bununla belə, sadalanan xüsusiyyətlər uşaqlıqda tez-tez cəzalandırılmış hər insanda mütləq yaranmır. Şəxsiyyətin formalaşmasına ailə münasibətləri, sosial mühit və fərdi xüsusiyyətlər də təsir göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri