Icma.az
close
up
RU
Uşaqpulu ilə bağlı VACİB XƏBƏR: 2025 ci il büdcəsində… KONKRET

Uşaqpulu ilə bağlı VACİB XƏBƏR: 2025 ci il büdcəsində… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vətəndaş arzulaya və istəyə bilər. Ancaq uşaqpulunun verilməsi gündəmdə deyil və uzun müddət də olmayacaq. Çünki ölkədə uşaqpulunun verilməsi üçün nə qanunvericilik var, nə də bu, 2025-ci il büdcəsində nəzərdə tutulub. Ümumiyyətlə, hökumət buna ehtiyac duymur”.

Bu fikirləri “KONKRET.az“a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib.

“Uşaqpulu o ölkələrdə aktualdır ki, əhalinin sayı azalır və qocalma prosesi baş verir. Azərbaycanda nə əhalinin sayının azalması problemi var, nə də qocalma aktualdır. Bizdə əhalinin yaxşı yaşaması hədəf kimi qarşıya qoyulub. Digər tərəfdən, elə uşaqlar var ki, onlar özləri başqalarına pul verirlər. Bu cür imkanlı uşaqları cəmiyyətdə hər kəs tanıyır. Bu baxımdan bütün uşaqlara uşaqpulu verilməsi ədalətsizlik olar. Üçüncüsü, hökumət təkcə uşaqları yox, kasıb əhalini yaxşı yaşatmağa məcburdur. Bu baxımdan daha çox ünvanlı sosial yardıma yönəlir”.

İqtisadçının sözlərinə görə, təxminən 75-80 min ailəyə ünvanlı sosial yardım verilir:

“Burada uşaqların sayı da nəzərə alınır. Hökumət ehtiyacı olanlara bu cür yardım göstərir. Sırf uşaqların olmasına görə, əlavə pul verilmir. Azərbaycanda uşaq və işçi problemi yoxdur. Ölkədə əksinə işsizlik və uşaqların çoxluğu problemi mövcuddur. Ona görə də, hökumət imkanı olmayana sosial müavinət şəklində pul verir. Burada ailə üzvlərinin sayında uşaqlar da nəzərə alınır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri