“Uşaqpulu” ilə bağlı AÇIQLAMA KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
““Uşaqpulu”nun verilməsi ilə bağlı ehtimal gələn il üçün dəqiq yoxdur. Çünki 2027-ci il üzrə dövlət büdcəsi layihəsi müzakirə olunur və bu məsələ qoyulmayıb. Növbəti illərdə də belə bir şey gözləmirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov doğulan uşağa görə veriləcək birdəfəlik müavinətlərin artırılması fonunda uşaqpulunun da verilməsi ehtimalından danışarkən deyib.
O bildirib ki, “uşaqpulu”nun verilməsi xeyli vəsait tələb edir: “Yeni doğulan uşağa verilən müavinət başqadır. Bu, az pul tələb edir, həm də yeni doğulan uşaqların da sayı ildən-ilə azalır. Bu həmçinin ona görədir ki, daha çox uşaq doğulsun, amma mövcud uşaqlara verilməsi xeyli vəsait tələb edir. Biz də görürük ki, dövlət büdcəsində vəsait ildən-ilə azalır. Bu il dövlət büdcəsi kəsirlədir. Gələn il bundan daha yuxarı kəsirlə olacaq. Ölkədə iqtisadi inkişaf da yoxdur. Bunu da artıq etiraf ediblər ki, artım yoxdur. Belə bir halda kəskin vergi artırmadan bunu etmək qeyri-mümkündür. Bu baxımdan da “uşaqpulu”nun verilməsini gözləmirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Noyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















