Icma.az
close
up
RU
USİAD in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur MÜNASİBƏT BİLDİRİLDİ

USİAD in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"USİAD-in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.O bildirib ki, Azərbaycan olaraq biz bunu dəfələrlə bəyan etmişik və bu təşkilatın əsl missiyasının heç də “humanitar yardım” və “xeyriyyəçilik” olmadığını sübut edən faktları da ortaya qoymuşuq: "Amma ABŞ uzun illər ərzində bu həqiqətləri qəbul etməkdən imtina edərək ən yüksək səviyyədə USİAD-i müdafiə etməkdə davam edib.Çünki bu Agentlik ABŞ üçün bir xarici təsir mexanizmi rolunda çıxış edib. ABŞ Prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe olan USİAD həmişə “demokratiyanın inkişafı” adı altında Amerikanın maraqlarını irəli sürən bir alət olub. İndi bu qurumla bağlı araşdırılmalara başlanılması, rəsmi səviyyədə korrupsiyada günahlandırılması, maliyyələşdiridiyi layihələrlə cinayətkar fəaliyyəti icra etməsinin elan olunması, ABŞ adminstrasiyasının bu qurumla bağlı həqiqətləri gec də olsa nəhayət ki, görməsi təqdirəlayiqdir.Artıq milyardlarla dolların heç də inkişaf üçün deyil, şübhəli və absurd layihələrə xərcləndiyi artıq hamı tərəfindən qəbul olunur. "Əl-Kaida" təşkilatı üçün yemək alınması, Qvatemalada cinsin dəyişdirilməsi və LGBT aktivizminin maliyyələşdirilməsi, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuziklinin maliyyələşdirilməsi, COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasının maliyyələşdirilməsi, Əfqanıstanda tiryək istehsalçılarına vəsait ayrılması hələ USAİD-nin maliyyələşdirdiyi layihələrin yalnız cüzi bir hissəsidir. Bütün bunlar USAİD-nin sözün əsl mənasında cinayətkar bir qurum olduğunu sübut edir.Hər il Ermənistana 120 milyon dollardan çox maliyyə vəsaiti ayıran, keçən ildən etibarən isə bu vəsaiti 250 milyon dollara qaldıran bir təşkilat olaraq USAİD erməni separatizminin dəstəklənməsində də xüsusi cənfəşanlığı ilə seçilib. Təşkilata rəhbərlik edən Samanta Pauerin Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla sıx əlaqələrdə olması, Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla əməkdaşlıq etməsi, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatından 1 milyon dollar dəyərində mükafat alması da faktdır"."Şübhəsiz ki, agentliyin ləğvi ABŞ-ın dünyada öz maraqlarını irəlilətməkdən imtina etməsi kimi qəbul olunmamalıdır. Çox böyük ehtimalla USAID hansısa yeni bir qurumla əvəz ediləcək. Çünki ABŞ-ın uzun illər ərzində ətrafına ayrı-ayrı ölkələrdən çoxlu sayda “agentlər” toplamış bir qurumdan tamamilə imtinası, maliyyə hesabına hər şeyi satmağa hazır olan böyük bir şəbəkənin başqalarının əlinə keçməsi ilə nəticələnə bilər. Bu şəbəkə özünə yeni sponsorlar axtarmaq məcburiyyətində qala bilər və o zaman kimin nəzarətinə keçə biləcəyi də böyük müəmmadır. Odur ki, ABŞ hansısa formada yeni agentliyin fəaliyyətində maraqlı olacaq.Amma indiki halda ABŞ-ın rəsmi dairələrinin üzərinə düşən vəzifə USAİD ilə bağlı konkret addımların atılmasından ibarət olmalıdır. Təkcə agentliyin bağlanması ilə bağlı qərar vermək yetərli deyil. Əfəgr ABŞ özü də USAİD-nin cinayətkar qurum olduğunu elan edirsə o zaman bu cinayətkar təşkilatın başında dayananların cinayət məsuliyyətinə cəlb edilməsi və birbaşa ABŞ büdcəsindən maliyyəşən təşkilatın indiyə qədərki cinayətkar fəaliyyəti üçün hər kəsdən üzr istəməsi lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri