Usman və Umar Nurməhəmmədovlar Əbu Dabidə həbsdən azad edildilər VİDEO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı MMA döyüşçüləri Usman və Umar Nurməhəmmədovlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində həbsdən azad ediliblər.
İdman.Biz “The National” nəşrinə istinadla xəbər verir ki, tərəflər arasında barışıq əldə olunması, zərərçəkənlərin şikayətlərini geri götürməsi və onların məhkumların azadlığa buraxılması ilə bağlı müraciətləri nəticəsində məhkəmə əvvəlki qərarını dəyişib.
Beləliklə, Usman Nurməhəmmədov və onunla birlikdə məhkum edilən digər şəxslərin altı aylıq həbs cəzası ləğv olunub. Hər bir şəxsə tətbiq edilən 300 min dirhəm (təxminən 139 min manat) məbləğində cərimə 150 min dirhəmə (təxminən 69,5 min manat) endirilib.
Qeyd edək ki, hadisə noyabrın 11-də Əbu-Dabidəki “Hilton” hotelinin dəhlizində baş verib. Usman Nurməhəmmədov və ətrafındakı şəxslərlə gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili və onun dostu Saba Lazişvili arasında kütləvi dava düşüb. Nəticədə hadisənin iştirakçıları saxlanılıb.
Daha sonra Dvalişvili azadlığa buraxıldıqdan sonra Usman Nurməhəmmədov və digərlərinin də həbsdən çıxarılmasını istədiyini açıqlayıb. Gürcüstanlı döyüşçü tərəflər arasında münaqişənin böyüməsini istəmədiyini və heç kimdən şikayətçi olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 17 Noyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















