Icma.az
close
up
RU
ÜST: Konqonun şərqindəki müharibə Ebola epidemiyasının qarşısının alınmasını çətinləşdirir

ÜST: Konqonun şərqindəki müharibə Ebola epidemiyasının qarşısının alınmasını çətinləşdirir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 27 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasının şərqində davam edən müharibənin Ebola epidemiyasının qarşısının alınması istiqamətində səyləri ciddi şəkildə çətinləşdirdiyi barədə xəbərdarlıq edib və ölkədə dərhal atəşkəs elan olunmasına çağırıb.

AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Qeyd edib ki, Konqo Demokratik Respublikasının şərqində xəstəlik və münaqişənin davam etməsi nəticəsində ağır humanitar vəziyyət yaranıb. Onun sözlərinə görə, İturi əyalətində yayılan Ebola epidemiyası mövcud müdaxilə imkanlarını üstələyir. Baş direktor əlavə edib ki, Konqo Demokratik Respublikasında yayılan Bundibuqyo ştamına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə vasitəsi mövcud deyil. O vurğulayıb ki, yoluxmanın qarşısının alınması tam şəkildə humanitar yardımların bölgəyə çatdırılmasından asılıdır.

ÜST-nin məlumatına əsasən, Konqo Demokratik Respublikasında mayın 15-də epidemiyanın elan olunmasından bəri Ebola virusundan 10 təsdiqlənmiş ölüm halı qeydə alınıb. Bundan əlavə, 220 şübhəli ölüm və 900 ehtimal olunan yoluxma halı baş verib.

Xatırladaq ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsinin çox yüksək olduğunu bildirib. ÜST rəhbəri qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri virusun nadir variantının yayılmasıdır. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri