Qəzzadakı qış şəraiti köçkünlər üçün həyatda qalmağı çətinləşdirir ÜST
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Qəzzada mövcud olan sərt qış şəraitinin, köçkünlər üçün həyatda qalmağı daha da çətinləşdirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, ÜST, İsrailin intensiv hücumları və mühasirəsi altındakı Qəzzada qış mövsümündə qarşılaşılan çətinliklərə dair "X" platformasında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Qəzzada temperatur aşağı düşərkən, şiddətli yağışlar və soyuq hava köçkün ailələrin həyatda qalma mübarizəsini daha da çətinləşdirir".
Yağıntılar səbəbindən çadırların zədələndiyi və su altında qaldığı, bunun nəticəsində bir çox insanın sığınacaq problemi yaşadığı vurğulanıb. Həmçinin hipotermiya səbəbindən 7 yeni doğulmuş körpənin həyatını itirdiyi bildirilib.
ÜST paylaşımında, sərt qış şəraitinin xəstəliklərin yayılmasını artırdığına diqqət çəkilərək bu şərtlərin həssas əhalini daha da həssas vəziyyətə saldığını vurğulayıb.
Seymur BƏNNAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Yanvar 2025 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















