Icma.az
close
up
RU
Üstü açıq satılan məhsullar təhlükə məbəyidir?

Üstü açıq satılan məhsullar təhlükə məbəyidir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Gündəlik istifadə etdiyimiz bəzi məhsullar orqanizmimiz üçün böyük təhlükə yaradır.

Hazırda yol kənarlarında və mağazalarda çərəz, quru meyvə, müxtəlif turşular, ədviyyat kimi məhsulların üstü açıq şəkildə satışı artıb.

Məhz nəticədə adi görünən satış üsulu zamanla sanitar-gigiyenik qaydalara əməl edilmədikdə bu cür qidalar insan orqanizmi üçün ciddi risklər yaradır.

Maraqlıdır, açıq mühitdə satılan qidalar hansı riskləri daşıyır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, açıq mühitdə satılan məhsullar birbaşa təhlükə mənbəyidir:

"Mağaza və yol kənarlarında açıq şəkildə satılan çərəzlər, quru meyvələr və turşular bir sıra sağlamlıq riskləri yaradır. Açıq mühitdə bu məhsullar toz, avtomobil qazları, ağır metallar, mikroorqanizmlər və həşəratlarla asanlıqla çirklənə bilər.

Xüsusilə quru meyvələrdə kif göbələklərinin və onların ifraz etdiyi toksinlərin yaranma riski artır ki, bu da qaraciyər üçün təhlükəlidir və uzunmüddətli istifadədə ciddi fəsadlara səbəb ola bilər.

Turşular isə açıq havada saxlanıldıqda bakterial çirklənməyə daha həssas olur və zəhərlənmə riskini yüksəldir".

Ekspert qeyd edib ki, belə məhsulların satışında gigiyenik tələblər ciddi şəkildə qorunmalıdır:

"Qidalar mütləq qapalı, toz keçirməyən qablaşdırmada və ya vitrinlərdə saxlanmalı, birbaşa günəş şüasından və açıq havadan qorunmalıdır. Satıcıların şəxsi gigiyenaya riayət etməsi, əlcəksiz və ya çılpaq əllə məhsula toxunmaması vacibdir. 

Bundan əlavə, saxlanma şəraiti, temperatur və rütubət normativlərə uyğun olmalı, mütəmadi nəzarət və yoxlamalar aparılmalıdır. Bu tələblərə əməl olunması həm istehlakçı sağlamlığını qoruyar, həm də qida təhlükəsizliyinə olan etimadı artırar".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: məhsullar Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see383

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see377

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see339

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see328

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see320

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see294

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see278

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see265

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see262

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see256

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see253

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see252

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see251

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see242

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see238

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see236

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see210

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see208

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see206

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri