Icma.az
close
up
RU
Üstümüzə Ohori gəlir...

Üstümüzə Ohori gəlir...

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransis Veberin möhtəşəm ekran əsəri olan “Oyuncaq” filmini izləmiş olarsız. Pyer Rişarın ustalıqla canlandırdığı jurnalist Fransua Perren oyuncaq mağazasından reportaj hazırlamaq üçün ora yollanır. Hər şey də bundan sonra başlayır.
Mağazada Perren ərköyün azyaşlı Eriklə rastlaşır. Erik yanındakı xidmətçilərdən tələb edir ki, onun üçün oyuncaq əvəzinə Perreni alsınlar. Atasının çoxlu pulu olan uşağın istəyi həyata keçirilir, Perreni bir müddət oyuncaq rolunu oynamağa razı salırlar. Oxucularımızdan kimsə həmin filmi izləməyibsə, şiddətlə tövsiyə edirəm ki, ilk imkandaca baxsınlar.
Mən isə “Oyuncaq” filmini “Neftçi”nin yaponiyalı futbolçu Rinosuke Ohorini transfer edəndən sonra xatırladım. Bir anlıq mənə elə gəldi ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov da klubda özünü həmin o ərköyün Erik kimi aparır. Qış fasiləsində yaxşı transfer edə bilməyəcəklərini anlayan Samir bəy iki ayağını bir başmağa dirəyib, rəhbərlikdən tələb edib ki, onun üçün yapon futbolçu tapsınlar. Kamil Məmmədovla Zaur Əzizov da dərhal qollarını çırmalayıb, ucuz və sərfəli varianta əl atıblar. Həm Abasovun istəyini həyata keçirib, onu razı salıblar, həm də ucuz futbolçu transfer etməklə bu işdən qazanclı çıxıblar. Heç şübhəsiz, Litvanın “Transinvest” klubundan futbolçu transfer etmək üçün heç də böyük pullar xərcləməyə ehtiyac yoxdu. Hələ-hələ bu, heç kimin tanımadığı yaponiyalı futbolçudusa...
Samir Abasovun yapon futbolçulara sevgisi bizim üçün heç də təəccüblü deyil. Hondanın ayağı Samir bəy və “Neftçi” üçün düşərli olmuşdu. Koronavirus pandemiyasının tüğyan etdiyi, həyatımızın altını üstünə çevirdiyi dönəmlərdə “Neftçi” çempion olanda heyətində çıxış edənlərdən biri də Honda idi. Düzdü, Honda meydanda az-az görünürdü, “Neftçi”nin çempionluğunda heç də böyük rol oynamamışdı. Əsas odu ki, ayağı “Neftçi”yə sayalı olmuşdu. Samir bəyin yaponlarla ikinci tanışlığı isə “Sumqayıt”a təsadüf edib. Masaki Murata hamımızın yaxşı yadındadı. “Səbail”lə “ASCO Arena”dakı oyundan sonra həmin vaxt “Sumqayıt”ı çalışdıran Abasov Muratanın qolundan yapışıb, çılğınlıqla ona nəyisə başa salmağa çalışmışdı. Bu görüntülər də ekranlara gəldiyindən sosial şəbəkələrdə xeyli məhşurlaşmışdı. Kənardan baxana elə gəlirdi ki, Samir Abasov yaşlı-başlı yapon Murataya futbol oynamağı öyrədir, ona uşaq kimi dərs verir. Yaxşı xatırlayıram, Samir bəy ondan sonra daha bir kadrda Muratayla yanaşı düşmüşdü. Həmin kadr da Abasovun Madriddən dönüşündən sonraya təsadüf etmişdi. Həmin kadrda da Abasovun Murataya “futbolun incəliklərini” öyrətdiyi açıq-aşkar görünürdü.
Görünən odu ki, Abasov yenidən yapon futbolçuya futbol öyrətmək həvəsinə düşüb. Ona görə də Kamil Məmmədov Litvadan yapon tapıb, Bakıya gətirib. İşin əslinə qalanda Litva çempionatının ən zəiflərindən birində oynayan və orda sıradan bir legioner sayılan Ohorinin “Neftçi”nin gücünə güc qata bilməyəcəyi aydın məsələdi. Heyəti gücləndirmək üçün legioner axtaran, transfer edənlər daha yaxşı seçim etməyə məhkumdular. Belə bir transferə imza atanlar isə ya ad xatirinə, ya da maddi qazanc xətrinə iş görənlərdi. Yapon futbolçunun transferinə azarkeşlərin reaksiyasını görmək üçün “Neftçi”nin sosial şəbəkələrdəki hesablarına göz atmaq kifayətdi. Atmacanın, ölkənin ən qocaman klubunu ələ salan şərhələrin sayı-hesabı yoxdu. Deməli, ən sadəlövh azarkeş belə məsələnin mahiyyətinə varmağı bacarır.
Mən də çox düşündüm, bu transferə heç bir məntiqi izah verə bilmədim. Belədə yazının əvvəlində qeyd etdiyim ehtimalın üzərində dayandım. Klub rəhbərliyi Samir Abasovun arzusunu gerçəkləşdirib, yaponiyalı futbolçunu Bakıya gətirib. “Qarabağ” və başqaları bərk dayansın: üstünüzə Rinosuke Ohori gəlir.
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Yanvar 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri