Icma.az
close
up
RU
İndi də üstümüzə “siçan qızdırması” gəlir

İndi də üstümüzə “siçan qızdırması” gəlir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hava soyuduqca yoluxucu xəstəliklərin artması, hər il olduğu kimi, yenə də müşahidə olunur. Temperatur aşağı endikcə gəmiricilər istilik ax­tarışına çıxır və yaşayış binalarının zirzəmilərinə, təsərrüfat tikililərinə, eləcə də qış sığınacağı kimi istifadə etdikləri bağ evlərinə soxulurlar. Bu gəmiricilərlə birlikdə insanların olduğu məkanlara təhlükəli infeksiyala­rın törədiciləri də daxil ola bilər. Belə virusların yaratdığı xəstəliklərdən biri də “siçan qızdırması” kimi tanınan, böyrək sindromlu hemorragik qızdırmadır (BSHQ). 

Artıq Rusiyada bu qızdırmaya yolux­ma qeydə alınıb. Statistikaya görə, ilin əvvəlindən bəri Rusiya Federasiyasında BSHQ-nin kütləvi yayılma halları – epi­demik alovlanmalar qeydə alınmasa da, xəstələnmə səviyyəsi uzunmüddətli orta göstəricilər çərçivəsində qalır. Ölkədə bu infeksiya ilə bağlı epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.

Ölkədə hər il orta hesabla bu infeksiya­ya yoluxma ilə bağlı təxminən, 3000–3500 hal qeydə alınır. Azərbaycanda bu xəstə­liklə bağlı müraciət olmasa da, ehtiyatlı olmaqda fayda var. Çünki Rusiya ən yaxın qonşumuz və insanlarımızın daha tez-tez səfər etdikləri ölkədir. 

Bəs niyə “siçan qızdırması”? 

Böyrək sindromlu hemorragik qızdır­ma klassik zoonoz virus infeksiyasıdır. Yəni heyvanlar, haqqında söhbət gedən “siçan qızdırması” xəstəliyində isə gəmiri­cilər vasitəsilə insanlara keçən xəstəlikdir.

Rusiyanın Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin (MDM) aparıcı mütəxəssisi Mixail Lebedevin izah etdiyi kimi, bu, gəmiricilərdən yoluxa biləcək ən geniş yayılmış infeksiyadır.

Buna bəzi hallarda “tozlu bağ evi qızdırması” da deyilir. Xəstəliyə yoluxma halları ənənəvi olaraq bağ mövsümündə (yayda) pik həddə çatır. Bundan əlavə, in­feksiyaya insan siçanların olduğu yerləri təmizləyərkən də yoluxa bilər, çünki virus onların ifrazatlarında qalır – səthlərdə və tozun tərkibində mövcud olur. Quru təmiz­lik zamanı bu çirkli toz havaya qalxdığına görə, həmin “uçucu” qarışığı nəfəs almaq­la xəstəliyə yoluxma ehtimalı və riski yük­səlir.

Bu qızdırmaya səbəb olan hantavirus­ların (Orthohantavirus) əsas daşıyıcıları çöl siçanlarıdır. Lakin tez-tez çardaqlarda və zirzəmilərdə məskunlaşan şəhər siço­vulları və siçanları da infeksiyanı yaya bilər.

Yoluxma necə baş verir?

Hər şeydən öncə, hava-damcı, yəni tənəffüs yolu ilə. Yuxarıda qeyd edildiyi kimi, gəmirici ifrazatları ilə çirklənmiş toz­lu hava ilə tənəffüs edilməsi nəticəsində.

Kontakt yolu ilə: Gəmiricilərlə və ya çirklənmiş əşyalarla birbaşa təmas zamanı zədələnmiş dəri və ya selikli qişalar vasitə­silə: Buna görə də təmizlik işləri mütləq əlcək və maska ilə aparılmalıdır.

Alimentar (qida) yolu ilə: Heyvan if­razatları ilə çirklənmiş və termik emaldan keçməmiş su və ya qidaların qəbulu va­sitəsilə. Məsələn, payız və ya qış aylarında anbarlardan gətirilən təzə tərəvəzlərlə salat hazırlayarkən yüksək risk yaranır; çünki anbarlarda məhsulları gəmiricilərdən tam qorumaq çətindir. Müsbət cəhət odur ki, “siçan qızdırması” – böyrək sindromlu hemorragik qızdırma insandan insana keç­mir. Məhz buna görə də insanlar arasında bu xəstəliyə genişmiqyaslı yoluxma ehti­malı çox aşağıdır.

Xəstəlik aşkarlandığı andan dərhal müalicəyə başlamaq çox vacibdir. Düz­gün müalicə aparılmadıqda xəstəlik ağır gedişata malik olur və tez-tez ölümlə nəti­cələnə bilir. Ağırlaşmalara böyrək və ürək çatışmazlığı, həmçinin dəri və selikli qişa­larda geniş qanaxmalarla özünü göstərən hemorragik sindrom daxil ola bilər.

Gəmiricilərlə və ya onların ifrazatları ilə təmasda olduqdan sonra qeyd etdiyimiz simptomlardan hər hansı biri müşahidə edilərsə, dərhal tibbi yardıma müraciət et­mək lazımdır. Bədən hərarətinin 38–40°C-yə qədər yüksəlməsi, əzələ və oynaqlarda ağrılar, dəridə xırda ləkəli səpgilər və ya bu­run qanaxmaları, ürəkbulanma və ya qarın nahiyəsində ağrılar, görmə qabiliyyətinin pozulması, boğaz ağrısı, limfa düyünləri­nin şişməsi kimi əlamətlərdən biri və ya bir neçəsinin müşahidə olunması yoluxmanın baş verməsini şərtləndirir. Mütəxəssislərin əsas tövsiyəsi budur ki, müalicəyə nə qədər tez başlanarsa, sağalma da tez baş verər.

Z.BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri