Icma.az
close
up
RU
Utilizasiyaya görə ödənilən məbləğlərdə fərqli yanaşma mütləqdir EKSPERTDƏN HÖKUMƏTƏ ÇAĞIRIŞ

Utilizasiyaya görə ödənilən məbləğlərdə fərqli yanaşma mütləqdir EKSPERTDƏN HÖKUMƏTƏ ÇAĞIRIŞ

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İcra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir".

Bu fikirləri "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı media və ictimaiyyətin məlumatlandırılması ilə bağlı konfransda nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O vurğulayıb ki, paytaxtda utilizasiya xidmətindən istifadə etmək sakinlər üçün əlçatan olsa da, regionlarla bağlı eyni fikri səsləndirmək olmur.

"Bölgələrdə vətəndaşların utilizasiya xidmətindən istifadəsinə kömək etmək lazımdır. Zaqataladan Bakıya avtomobili utilizasiya üçün gətirmək istəyən vətəndaş ən azı 200-300 manat evakuasiyaya görə ödəniş etməlidir. Doğrudur, yeni qaydalara əsasən 5 il ərzində ödənilməyən cərimələr silinir. Vətəndaş da 3 ildir cərimələrini ödəmir. O düşünəcək ki, utilizasiyaya görə avtomobilini Bakıya gətirsə, cərimələrini də ödəməli olacaq, evakuatora da 200-300 manat ödəməlidir, bəzi sənədləri də əldə etmək üçün ödənişləri hesablayır. Nəticədə görür ki, avtomobili utilizasiyaya aparmaq üçün çəkdiyi xərclər maşının qiymətinə bərabər olur, ona görə də avtomobilin həyətdə çürüməyinə razı olur, nəinki utilizasiyaya aparmağa. Vətəndaş bilmir ki, o, həyətində “zəhər tuluğu” saxlayır. Bölgələrdə utilizasiya ilə bağlı ciddi təbliğat işlərinə ehtiyac var. Bu məsələdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və polis əməkdaşlığı yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Eləcə də, yerli icra nümayəndələri bu məsələdə həmrəy olmalıdır. Çünki onlar hamımızdan daha yaxşı bilir ki, kim həyətində nə saxlayır, kimin darvazasının qabağında hansı maşın “yatızdırılır”. Bu mövzuda icra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir”.

Ekspert həmçinin qeyd edib ki, utilizasiya ilə bağlı bəzi vətəndaşların soyuq münasibəti olsa da, başqaları həyətində çürütdüyü avtomobilə son qazanc yeri kimi baxır:

“Ölkəmizdə utilizasiya prosesinin ilk dövrlərində istismar müddəti bitən avtomobillərin alveri ilə məşğul olan işbazlar var idi. Onlar gedib vətəndaşdan həmin avtomobili çox aşağı qiymətə alır və gətirib utilizasiyaya verib daha yüksək məbləğ əldə edə bilir. Bu adamlar bu mövzuya biznes kimi yanaşır. Lakin elə vətəndaşlar var ki, həmin istismar müddəti bitən maşınına evinin dolanışığı, ailəsinin qazanc yeri kimi baxır. Gələcəkdə dövlət bu məsələlərdə yanaşmanı dəyişsə, yaxşı olar. Bu şəxslər arasında fərqli yanaşma tərzinə ehtiyac var. Utilizasiyaya görə vətəndaşa ödənilən məbləğlərdə də fərq bilinməlidir”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri