Icma.az
close
up
RU
Bu turşuları almayın Ekspertdən ÇAĞIRIŞ

Bu turşuları almayın Ekspertdən ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən həftələrdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Sabunçu bazarında və bazarətrafı qida obyektlərində reyd keçirilib.

Baxış zamanı bazarda açıq şəraitdə, soyuducudan kənar, temperatur rejiminə əməl olunmadan və baytarlıq ekspertizasından keçirilməmiş süd və süd məhsullarının, eləcə də ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşuların satışa çıxarıldığı məlum olub.

Ümumiyyətlə, bu kimi süd məhsullarının, əsasən də turşuların istifadəsi nə qədər zərərlidir?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, əgər biz süd-qatıq məhsullarından danışırıqsa, seçilmiş temperatur 5 dərəcə Selsidən yuxarı çıxdıqda bakteriyaların sürətlə çoxalması prosesi başlayır:

"Yəni bu cür məhsullar artıq məhsula yox, zəhərə çevrilməyə başlayır. Bu zaman listeriya yaranır. Listeriya elə bir bakteriyadır ki, sərin mühitdə belə yaşayır və ən təhlükəli, sərin mühitdə belə çoxalan bakteriyalardan biridir, ölümlə nəticələnə bilir. Salmonella bakteriyası da var. Bu, qızdırma ilə müşahidə olunur. E. coli bağırsaqda qanaxmaya qədər gətirib çıxardan mikroblardan biridir. Botulizm isə həftələrlə insanı yatağa salan, ölümə qədər gətirib çıxara bilən bakteriyadır".

Ekspert bazarlarda satılan turşulardan da danışdı:

"Turşu ev şəraitində hazırlanıb bazara çıxarıldığı andan təhlükəyə çevrilən bir məhsuldur. Çünki burada heç bir etiketlənmə qaydası yoxdur. Burada hər hansı saxlama rejiminə əməl olunmur, soyuq qida zəncirinə əməl olunmur, gigiyenik vəziyyət bərbaddır. Əlcəksiz bu məhsullara toxunmaq da böyük yanlışdır. Hətta qeyd olunur ki, “evdə hazırlanıb”. Hansı şəraitdə, hansı turşu ilə hazırlandığı bilinmir. Bəzən də turşunun ömrünü uzatmaq üçün texniki sirkələrdən istifadə olunur. Mütəxəssis rəyi olmadan satılan bu məhsullar ölümlə nəticələnə bilər. Bu gün üzərində istehsalı və saxlanma qaydası olmayan, gözə gözəl gələn məhsullara rəngləndiricilər vurulur".

Onun sözlərinə görə, hər bir bazarın baytarlıq, nəzarət və ekspertiza laboratoriyası olmalıdır:

"Hər bir bazarın nəzarət edən baytar həkimi olmalıdır. Amma bu baytarlıq nəzarəti kağız üzərində deyil, formal olmamalıdır. Yəni baytarlıq nəzarəti funksional olaraq çalışmalıdır. Bu gün hər hansı bir məhsula arayış vermək, möhür vurmaq həmin bazarda baytarlıq fəaliyyətinin çalışması demək deyil. Bazarlarda olan baytarlıq laboratoriyaları çalışmır. Həmçinin həkim nəzarətinin bazarlarda olub-olmaması belə bilinmir. Təbii ki, bu vaxt heyvan mənşəli məhsullarda problemlər olacaq".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri