Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, o, Terra nəşrinə müsahibəsində supermarketdə sağlam qidanı zərərli qidadan ayırmağın yollarını izah edib.
Nişida vurğulayıb ki, hər məhsulun tərkibini mütləq oxumaq lazımdır. Qablaşdırmadakı «faydalı», «təbii» və ya «sağlam» kimi yazılar heç nə ifadə etmir. Məhsulu qiymətləndirərkən tərkibdəki inqrediyentlərin ardıcıllığına diqqət yetirmək vacibdir: siyahıda ilk yerdə həmişə ən çox miqdarda olan komponentlər göstərilir.
Mütəxəssis istehsal zamanı tərkibinə şəkər, doymuş yağlar, yüksək miqdarda natrium və rafinə edilmiş un əlavə olunmuş qidaları almamağı tövsiyə edib. «"Şəkərsiz" qeydi olan məhsul mütləq kalorisiz, karbohidratsız və ya yağsız demək deyil. Tərkibindən asılı olaraq, onda enerji və qida dəyərinə mənfi təsir edən digər inqrediyentlər ola bilər», - deyə həkim xəbərdarlıq edib.
Eyni qayda «zülalla zəngin» və ya «lif mənbəyi» yazılı məhsullara da aiddir. Nişidanın sözlərinə görə, belə məhsullarda çox vaxt həqiqətən vacib qida maddələri olur, lakin yoxlayanda tərkibin qalan hissəsi şübhəli çıxa bilər.
Nəhayət, Nişida xatırladıb ki, natriumun, zülalların, yağların və karbohidratların miqdarı, eləcə də kalori həmişə 100 qrama görə göstərilir. Buna görə məhsulun ümumi çəkisini nəzərə almaq vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 20 Oktyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















