Icma.az
close
up
RU
Saxta yağları belə tanıyın: Üzərində bu söz varsa, almayın!

Saxta yağları belə tanıyın: Üzərində bu söz varsa, almayın!

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Vaxtaşırı kərə yağlarının tərkibi ilə bağlı monitorinqlər keçirilir, bəzi nöqsanlar aşkarlanır. Ötən günlərdə də tərkibində bitki yağları müəyyən edilən üç məhsul satışdan çıxarıldı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tədbirlərinə baxmayaraq, bu sahədə problemlər azalmır. Getdikcə insanların kərə yağlarının keyfiyyətinə güvəni sarsılır.

Kərə yağları ilə bağlı əsas problemlər nədir? Nələrə diqqət etməliyik?

Globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, kərə yağlarına laboratoriya şəraiti olmadan diaqnoz qoymaq mümkün deyil:

Ağa Salamov

“Bəzən işbazlar bitki spreylərindən istifadə edirlər. Bu da qatqı hesab olunur. Belə halları Qida Təhlükəsizliyi Agentliyi aşkarlayır. Amma kərə yağının keyfiyyətini müəyyən etmək üçün xüsusi ipucuları da var. Məsələn, otaq temperaturunda olan kərə yağı yumşaq halda olur. Həmçinin kərə yağı əriyəndə tərkibindəki süd üzə çıxır və köpüklənir. Bundan əlavə, onların xüsusi spesifik qoxusu və dadı olur. Bəzən yağ ağızda xoş dad buraxmır. Bu zaman artıq məhsuldan şübhələnməyə dəyər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, kərə yağı ilə bağlı problem daim mövcuddur:

“Azərbaycanda istehsalçılar, biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb. Onlar bundan istifadə edərək istehlakçı hüquqlarını pozurlar. Qida Təhlükəsizliyi Agentliyinin əli-qolu bağlıdır. Qurumun istənilən vaxt yoxlama aparmaq hüquqları yoxdur, əsasnaməsinə düzəlişlər edilməlidir. Sahibkarların yoxlanılmasının qarşısının alınmasını dəstəkləsək də, qida məsələsində belə olmamalıdır. Gərək cəld imkanlar yaradılsın. Görürük ki, üzərində inək şəkli çəkilmiş, təbii olduğu yazılan yağlar var. Əslində isə tərkiblərində bitki spreyləri olur və bu, haradasa kiçik hərflərlə qeyd edilir. AQTA etiket məlumatları ilə tərkibin düz gəlməsi barədə işlər aparır. Ümumiyyətlə Azərbaycana bir çox ölkələrdən – Yeni Zelandiya, Fransa, Almaniya və sair yağlar gətirilir. Ciddi supermarketlər bu məhsulla bağlı lazımi sənədləri araşdırır, daha sonra satışa qəbul edirlər”.

Eyyub Hüseynov

Ekspert qeyd edib ki, ən təhlükəli yağlar aralıq marketlərdə, bazarlarda satılır:

“Ən pisləri “kənd yağı” adı altında satılan məhsullardır. Bunlar əsasən marqarin qarışığı olanlardır və ucuz olduğuna görə vətəndaşlar onlara üstünlük verir. Lakin həmin məhsullar böyük supermarketlərə girə bilmirlər. Bütün hallarda insanlara mənfi nümunələrlə bağlı AQTA-ya məlumat vermələrini tövsiyə edirəm. İstehlakçı marketdə yağ seçən zaman onu sıxsın, hansı bərkdirsə, o, kərə yağıdır. Etiketinə də diqqətlə baxsınlar”.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri