Icma.az
close
up
RU
Üzərində bu sözlər yazılmış kürüləri almayın Saxtasını ayırd etməyin sadə üsulları

Üzərində bu sözlər yazılmış kürüləri almayın Saxtasını ayırd etməyin sadə üsulları

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Qida təhlükəsizliyi ilə bağlı aparılan monitorinqlər istehlak bazarında müxtəlif məhsullarla yanaşı, kürü məhsullarına da diqqətin artırıldığını göstərir. Xüsusilə saxta kürü məhsullarının dövriyyəsi istehlakçıların aldadılması riskini gündəmə gətirir. Bu cür məhsulların bazarda mövcudluğu onların təbii kürü ilə qarışdırılması ehtimalını artırır. Bu baxımdan istehlakçıların məlumatlı olması xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov Demokrat.az-a bildirib ki, saxta kürü və təbii kürü məsələsi dövrümüzün hər zaman aktual mövzularından biridir:
"Onları bir-birindən ayırmaq isə müəyyən meyarlarla mümkündür. Birinci meyar qiymət faktorudur. Təbii kürü, xüsusilə nərə balıqlarının kürüsü, yəni asetrin, ağ balıq və digər növlərin kürüsü yüksək qiymətlə təklif olunur. Bu balıqların nəsli artıq azalmaq üzrə olduğundan, onların kürüsünə rast gəlmək də çətinləşib.
İlkin Şirinov qeyd edib ki, dad və qoxu saxtakarlığı üzə çıxaran əsas amillərdəndir. Təbii kürü daha zərif dada malik olur, ondan yüngül dəniz və yosun qoxusu gəlir. Süni məhsullarda isə bu təbii qoxular olmur, dadı daha sərt və süni hiss edilir.
"Dad və struktur baxımından da ciddi fərqlər mövcuddur. Təbii kürünün dənələri eyni formada olmur, rəngi isə çox parlaq deyil. Əl ilə sıxıldıqda dənələr partlayır. Süni kürü isə partlamır, əksinə əzilir və jelatinə bənzər yapışqan hal alır".
Ekspert deyib ki, dad baxımından təbii kürü daha zərif olur, saxta kürüdə isə daha süni və sərt bir hiss olunur:
"Təbii kürüdə bəzən dəniz və yosun qoxusu hiss oluna bilər, saxta kürüdə isə bu qoxular olmur. Digər mühüm məqam qablaşdırmadır. Təbii kürüdə mütləq hansı balıq növündən olduğu göstərilməlidir. Məsələn, qızıl balıq növləri olan forel, losos, qarbuşa kimi adlar qeyd olunur. Saxta kürüdə isə çox vaxt “proteinli kürü məhsulu” kimi ümumi və qeyri-dəqiq ifadələr istifadə edilir",- deyə o qeyd edib.
Yəni, kürü alarkən onun qiymətinin şübhəli dərəcədə ucuz olmamasına, qabın üzərində konkret balıq adının yazılmasına və dənəciklərin sıxıldıqda asanlıqla partlamasına diqqət etmək lazımdır.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri