Icma.az
close
up
RU
Üzərinə həbs qoyulan əmlakların SONRAKI AQİBƏTİ

Üzərinə həbs qoyulan əmlakların SONRAKI AQİBƏTİ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Yaxın günlərdə Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.
Bu, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə əlaqədar tədbirlər mülkiyyət hüququnun məzmunu ilə bağlı olduğundan Mülki Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur.
Qanun layihəsinin Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların müəyyən edildiyi gündən qüvvəyə minməsi nəzərdə tutulur.
Bəs, üzərinə həbs qoyulan əmlak necə idarə olunur?
Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, mülki və kommersiya mübahisələrində məhkəmələr iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoya bilərlər:
“Bu tədbir, mübahisəli əmlakın (daşınar və ya daşınmaz) satılmasının və ya zədələnməsinin qarşısını almaq üçün tətbiq edilir. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Bu tədbirlər, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır.
Cinayət işlərində isə istintaq orqanları əmlak üzərinə həbs qoya bilərlər. Bu, gələcəkdə mümkün müsadirəni təmin etmək məqsədilə edilir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş və ya cinayətin törədilməsində istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınır”.
Üzərinə həbs qoyulan əmlak özgəninkiləşdirilə bilməz
Müsahibimiz deyir ki, mülki və kommersiya mübahisələrində əmlak üzərinə həbs qoyulduqda, bu, əsasən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi deməkdir:
“Lakin mülkiyyətçi, əmlakın istifadəsinə məhdudiyyət qoyulmadığı halda, ondan istifadə etməyə davam edə bilər. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün tədbirlər müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Yəni, əgər məhkəmə qərarında istifadəyə qadağa nəzərdə tutulmayıbsa, mülkiyyətçi əmlakdan istifadə edə və ya onu icarəyə verə bilər.
Əmlak üzərinə həbs qoyulduqda, mülkiyyətçinin mülkiyyət hüququ ləğv edilmir. Mülkiyyətçi hətta həmin əmlakı vəsiyyət edə bilər, lakin vəsiyyətin icrası üçün yekun məhkəmə qətnaməsini gözləmək lazım gələcək. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır”.
Hansı hallarda əmlakdan istifadəyə qadağa qoyula bilər?
Aytac Qurbanov onu da əlavə edib ki, məhkəmə təcrübəsində belə hallar da mövcuddur ki, işin mahiyyəti üzrə baxıldıqdan sonra iddia təmin edilmir və bu səbəbdən əmlak üzərinə qoyulmuş həbs ləğv edilir:
“Bu halda, əmlak üzərinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır və mülkiyyətçi əmlak üzərində tam sərəncam vermək hüququnu bərpa edir.

Qeyd etmək lazımdır ki, bəzi hallarda məhkəmə əmlakın istifadəsinə də qadağa qoya bilər. Bu, xüsusilə əmlakın kommersiya fəaliyyəti ilə əlaqədar olduğu hallarda əhəmiyyətlidir. Belə hallarda, məhkəmə qərarında əmlakın istifadəsinə dair xüsusi məhdudiyyətlər göstərilə bilər.
Nəticə etibarilə, əmlak üzərinə həbs qoyulması mülkiyyətçinin əmlakdan istifadə və sərəncamvermə hüquqlarını müəyyən dərəcədə məhdudlaşdıra bilər. Bu məhdudiyyətlərin dəqiq hüdudları məhkəmənin qərarından və tətbiq edilən qanunvericilik normalarından asılıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri