Dəfn mərasimində dirilən insanların sayı AÇIQLANDI
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qvatemalada 15 yaşlı qızın öz dəfn mərasimi zamanı tabutda ayılması yaxınlarını şoka salıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin El-Xokote kəndində qeydə alınıb.
Məlumata görə, 15 yaşlı Yuleydi İskotoyakın dəfn mərasimi zamanı tabutun qapağı tərpənməyə başlayıb. Qızının baş tərəfində ağlayan ana bunu görərək tabutu açıb və övladının sağ olduğunu aşkarlayıb.
Yeniyetmə tabutda oturaraq su istəyib.
Bildirilir ki, oktyabrın 10-da qızın ürəyi ilə bağlı səhhətində problem yaranıb. Atası onu xəstəxanaya apararkən yeniyetmə yolda huşunu itirib. Kişi qızının nəbzini yoxlayıb və onun öldüyünü düşünərək xəstəxanaya getmək əvəzinə evə qayıdıb.
Qvatemalada dəfn mərasimləri adətən qısa müddətdə təşkil olunduğundan təxminən səkkiz saat sonra ailənin həyətində vida mərasimi keçirilib. Məhz həmin vaxt qızın sağ olduğu məlum olub.
Məlumata görə, XXI əsrin əvvəlindən dünyada öldüyü deyilən 25 nəfər sonradan dirilib.
Həkimlər bu hadisələri nadir rast gəlinən “Lazar sindromu” ilə əlaqələndiriblər. Bu hal ürək fəaliyyəti dayandıqdan sonra qan dövranının gözlənilmədən bərpa olunması ilə xarakterizə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















