Icma.az
close
up
RU
Üzeyir bəyin məzarı ziyarət edildi

Üzeyir bəyin məzarı ziyarət edildi

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sentyabrın 18-də dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Bu gün həm də böyük bəstəkarın doğum günü şərəfinə ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu əlamətdar gününə həsr olunan tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması ilə başlanıb.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri iştirak ediblər. Əvvəlcə bəstəkarın məzarı üstünə əklil qoyulub və çiçəklər düzülüb.

Mədəniyyət naziri Adil Kərimli hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib. O bildirib ki, 18 sentyabr Üzeyir Hacıbəylinin doğum günü olmaqla yanaşı, ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur:

“Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən Milli Musiqi Günü kimi qeyd olunur. Bu, Üzeyir bəyin yaradıcılığına verilən ən böyük dəyərlərdəndir. Biz də bu ənənəyə hər il sadiq qalırıq. Üzeyir Hacıbəylinin irsi daim bizim üçün vacibdir. Bu gün həm də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır. Sentyabrın 18-dən 30-dək keçiriləcək festivalın bu il də zəngin proqramı var”.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri olduğunu bildirib:

“Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, mədəniyyətimizə çox böyük töhfələr verərək milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi”.

I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarları ziyarət olunub.

Mərasim iştirakçıları həmçinin Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

Fe

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri