Icma.az
close
up
RU
Üzeyir bəyin Lənkəran harayı

Üzeyir bəyin Lənkəran harayı

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günüdür. Onun adı Azərbaycan musiqisinin ən möhtəşəm səhifələri ilə yanaşı çəkilir. Lakin Üzeyir bəy təkcə bəstəkar deyildi. O, həm də Azərbaycanın taleyinə biganə qalmayan publisist, jurnalist və milli dövlətçilik ideyasının fəal müdafiəçilərindən biri idi.

Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında çox yazılıb. “Koroğlu” uvertürası, “Arşın mal alan”, “Məşədi İbad”, Azərbaycan Respublikasının Dövlət Himni və onun yaratdığı digər əsərlər olmasaydı, milli mədəniyyətimizin necə görünəcəyini təsəvvür etmək belə çətindir.

Amma başqa bir sual da var: Üzeyir bəy olmasaydı, Azərbaycan musiqisinin sonrakı nəsilləri necə formalaşardı?

Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və neçə-neçə sənətkarın yetişməsində onun yaratdığı mühitin, məktəbin və milli musiqi düşüncəsinin böyük rolu olub.

Ona görə də “əvəzolunmaz insan yoxdur” deyimi Üzeyir bəyə münasibətdə bir qədər fərqli səslənir.

Onun həyatda onu xatırlayacaq övladı olmayıb. Amma Azərbaycan xalqına elə bir sənət irsi və milli yaddaş qoyub ki, adı əsrlərlə yaşayacaq.

Üzeyir bəyin fəaliyyətinin başqa bir tərəfi isə onun jurnalist və publisist kimi mövqeyidir. Bunun ən diqqətçəkən nümunələrindən biri 1919-cu ildə Lənkəran və Muğan bölgəsində baş verən hadisələrə münasibətidir.

1919-cu il: Lənkəranın ağır günləri

1919-cu ilin əvvəllərində Çar Rusiyasının süqutundan sonra bölgədə yaranmış siyasi boşluqdan istifadə edən silahlı qüvvələr Muğan və Talış bölgəsində nəzarəti ələ keçirmişdi.

Azərbaycan mənbələrində həmin dövrdə bölgədə müsəlman kəndlərinin yandırıldığı, əhalinin qarət və təqiblərə məruz qaldığı, torpaqların isə rus köçkünlərinə verildiyi barədə məlumatlar dərc olunurdu.

Belə bir vəziyyətdə Üzeyir Hacıbəyov 1919-cu il yanvarın 1-də “Azərbaycan” qəzetində “Lənkəran faciəsi” adlı məqalə ilə çıxış etdi.

Məqalə son dərəcə sərt idi. Üzeyir bəy əvvəlcə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakı ilə yanaşı Quba, Göyçay və Salyanın azad edilməsindəki rolunu xatırladırdı. Daha sonra isə Lənkəranın vəziyyətinə diqqət çəkirdi: “Təəssüflər olsun ki, bu azadlıq səadəti bütün Bakı quberniyasına şamil olunmayıb. O bədbəxt qalanlardan biri də məlumunuz olsun ki, Lənkəran qəzasıdır. Salyan və Bakı alınandan sonra buranın fəryadı biyaban üzərində yol azmış olan bir yolçunun imdad fəryadına oxşayır…”

Üzeyir bəy yazırdı ki, Lənkəran əhalisi ağır vəziyyətdədir və hökumət bununla bağlı təcili tədbirlər görməlidir.

Bu, sadəcə qəzet yazısı deyildi. O dövrdə mətbuatın dövlət qərarlarına təsir imkanının mühüm nümunələrindən biri idi.

Üzeyir bəyin yazısından bir gün sonra…

“Azərbaycan” qəzetinin 1919-cu il 3 yanvar sayında dərc olunan materiallar hadisələrin necə inkişaf etdiyini göstərir. Üzeyir Hacıbəyovun məqaləsindən cəmi bir gün sonra, yanvarın 2-də T. Bayraməlibəyov baş nazirə məktub göndərmişdi.

Məktubda Lənkəranda müsəlman əhalisinin təqib və qarətlərə məruz qaldığı bildirilir, hökumətdən qəzanı Azərbaycan hakimiyyətinə qaytarmaq üçün hərbi qüvvələrin göndərilməsi istiqamətində təşəbbüs göstərilməsi xahiş olunurdu.

Qəzetin 8 yanvar tarixli sayında isə Lənkəran və Muğanda kəndlilərin ağır vəziyyətindən bəhs edilirdi. Yazıda kəndlərdə evlərin və anbarların yandırıldığı bildirilirdi.

Parlamentdə Lənkəran məsələsi

Məsələ artıq parlamentin gündəliyinə də çıxarılmışdı.

“Azərbaycan” qəzetinin 13 yanvar 1919-cu il sayında parlamentdə baş nazir Fətəli xan Xoyskiyə ünvanlanan müraciətdən bəhs edilirdi.

Müraciətdə Muğan bölgəsində özlərini ayrıca respublika kimi təqdim edən qüvvələrin kəndliləri öz hakimiyyətlərini tanımağa məcbur etdiyi bildirilir və hökumətdən soruşulurdu: Lənkəran qəzasını bu vəziyyətdən çıxarmaq üçün nə ediləcək?

Parlamentdə Məhəmməd Əmin Rəsulzadə və Lənkəran nümayəndəsi Mirzə Səlim Axundzadə məsələyə sərt münasibət bildiriblər. Onlar çıxışlarında bölgədə baş verən qarətlərdən, yandırılan evlərdən və əhaliyə qarşı zorakılıqlardan danışıblar.

Çıxışlarda Lənkəran qəzasının bir sıra kəndlərinin viran edildiyi, insanların evlərindən didərgin salındığı və əmlaklarının talandığı qeyd olunub. Bu çıxışlar artıq Lənkəran məsələsinin təkcə qəzet səhifələrində deyil, Azərbaycan Xalq Cümhuriyyətinin ali siyasi qurumunda da müzakirə edildiyini göstərirdi.

Yanvarın 14-də ilk rəsmi addım

“Azərbaycan” qəzetinin 14 yanvar 1919-cu il sayında mühüm xəbər dərc edildi. Qəzet yazırdı ki, Lənkəran qəzasında hökumət qanunlarının bərpası məqsədilə qəza rəisi göndərilib.

Beləliklə, mətbuatın gündəmə gətirdiyi məsələ artıq konkret dövlət tədbirlərinə çevrilirdi.

Həmin ilin yayında isə Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti Lənkəran qəzasında tam bərqərar edildi.

Üzeyir Hacıbəyovu yalnız musiqi əsərləri ilə xatırlamaq onun fəaliyyətinin miqyasını daraltmaq olardı.

O, həm də Azərbaycan dövlətçiliyinin ən ağır dövrlərindən birində qələmi ilə mübarizə aparan ziyalılardan idi. 1919-cu ilin əvvəlində Lənkəranda baş verənlərə münasibəti bunun nümunələrindən biridir. Bəlkə də Üzeyir bəyin Azərbaycan tarixində ən böyük xidmətlərindən biri budur: o, sənəti ilə milli ruhu formalaşdırmaqla yanaşı, qələmi ilə milli yaddaşın və dövlətçiliyin müdafiəsinə qalxırdı.

Bu gün onun doğum günündə “Koroğlu”nu, “Arşın mal alan”ı, “Məşədi İbad”ı xatırlayırıq.

Amma 1919-cu ilin həmin yanvar günlərində yazdığı “Lənkəran faciəsi” də Üzeyir bəyin irsinin mühüm bir səhifəsidir. Çünki bəzi insanların qoyduğu miras yalnız notlarda deyil, xalqın taleyinə münasibətdə yaşayır.

Material araşdırmaçı-jurnalist Sücəddin Şərifovun “Boradigah tarixi mənbələrdə” kitabında təqdim olunan məlumatlar əsasında hazırlanıb.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Sentyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri