Icma.az
close
up
RU
Nazir və Xalq artistləri Üzeyir Hacıbəylinin məzarı başında

Nazir və Xalq artistləri Üzeyir Hacıbəylinin məzarı başında

Icma.az, Olay.az saytına istinadən bildirir.

Nazir və Xalq artistləri Üzeyir Hacıbəylinin məzarı başında

Sentyabrın 18-də Azərbaycanda klassik musiqinin, milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyi tamam olur. 

OLAY yazır ki, dahi bəstəkarın dünyaya göz açdığı 18 sentyabr tarixi ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. 2009-cu ildə isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir bəyin adı ilə şərəflənən Beynəlxalq Musiqi Festivalının əsası qoyulub.

Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 17-ci dəfə gerçəkləşir. 

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarət olunması mərasimi ilə başlayıb. 

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aparıcı mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üstünə çələng və tər çiçəklər düzülüb.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Milli Musiqi Günü münasibətilə təbriklərini çatdırıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin və ictimai fikrinin inkişafında misilsiz xidmətləri haqqında söz açıb. Bildirilib ki, dahi bəstəkar musiqi mədəniyyətimizə əbədiyaşar əsərlər bəxş edib. Onun yaradıcılıq nümunələrinin şöhrəti Azərbaycanın sərhədlərini çoxdan aşıb.

Nazir diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığı daim yüksək qiymətləndirib, adının əbədiləşdirilməsi ilə bağlı böyük işlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixində böyük mədəniyyət xadiminin 140 illik yubileyi ilə bağlı Sərəncam imzalaması bu diqqətin indi də davam etdiyini göstərir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının başlandığını bildirən Adil Kərimli festivalın proqramının Azərbaycanla yanaşı, bir sıra xarici ölkələri də əhatə etdiyini deyib.

Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin sədr müavini Rafael Hüseynov və

Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə, Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova çıxış edərək Üzeyir Hacıbəylinin yaradıcılığı, ictimai və pedaqoji fəaliyyəti haqqında danışıblar.

Çıxışlardan sonra I Fəxri xiyabanda Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevlərin də məzarları ziyarət olunub.

Mərasim iştirakçıları həmçinin Ümummilli Lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri qoyublar.

Daha sonra Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin (1885-1937) əsərlərindən ibarət konsert proqramı təqdim olunub. 

Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın heykəlinin ətrafında isə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Müdafiə Nazirliyinin Estrada Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında musiqi nömrələri təqdim edilib. 

Bütün ifalar dahi Üzeyir bəyə minnətdarlıq və sonsuz ehtiramın ifadəsi kimi səslənib.

Qeyd edək ki, bu gün axşam saat 19:00-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olacaq. Sənətsevərlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşasını izləyəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://olay.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri