Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli 140: “O olmasın, yubiley olsun” tədbiri keçiriləcək

Üzeyir Hacıbəyli 140: “O olmasın, yubiley olsun” tədbiri keçiriləcək

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Dahi bəstəkarın anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb.

525.az xəbər verir kiŞ bu sərəncamın icrasından irəli gələrək mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

Bu istiqamətdə Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən tədbirlər çərçivəsində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə Azərbaycan musiqisində operetta janrının əsasını qoyan dahi bəstəkarın “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq. 

Tədbirdə muzeyin şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” əsərinə nəzər salınacaq, həmçinin kinoşünas Hacı Səfərovun çıxışında “O olmasın, bu olsun” operettası əsasında çəkilmiş eyniadlı film haqqında dəyərli məlumatlar dinləniləcək. Həmçinin, sözügedən filmdə iştirak etmiş aktyorlarla və bu filmin Azərbaycan kinosundakı əhəmiyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılacaq. 

Tədbirdə sənətşünas Sədaqət Əliyeva tərəfindən “Geyimlər də rol oynayır” adlı mühazirə təqdim olunacaq. Mühazirədə filmdə nümayiş olunan 1910-cu il Bakı sakinlərinin geyim dəbi haqqında məlumatlar diqqətə çatdırılacaq. Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən hissələr səhnələşdiriləcək. 

Qeyd edək ki, tədbir 2025-ci il 14 mart tarixində saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində (Bakı şəhəri, Şamil Əzizbəyov 67/69) keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri