Icma.az
close
up
RU
Üzeyir Hacıbəylini valeh etdi, həyat yoldaşlarını faciələrlə itirdi, qızına görə bir daha oxumadı Şövkət Ələkbərovanın həyatı VİDEO

Üzeyir Hacıbəylini valeh etdi, həyat yoldaşlarını faciələrlə itirdi, qızına görə bir daha oxumadı Şövkət Ələkbərovanın həyatı VİDEO

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Onun musiqiyə marağı kiçik yaşlarından formalaşıb. Bu maraq onu 12 yaşında musiqi məktəbinin kamança sinfinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifa etdiyi zərb alətindən ibarət xalq üçlüyü yaranıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1937-ci ildə, 15 yaşında ikən musiqi müsabiqəsinə qatılır. Onun ifası o qədər təsirli olur ki, Üzeyir Hacıbəyov və Bülbül kimi böyük sənətkarlar istedadını yüksək qiymətləndirirlər. Opera Teatrında keçirilən yekun konsertdə “Qarabağ şikəstəsi”ni səsləndirərək ən yaxşı üçlük arasında yer alır. Bu nailiyyət Şövkət Ələkbərovaya peşəkar musiqi yoluna qədəm qoymaq imkanı verir. 

1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Şövkət Ələkbərova SSRİ məkanının bir çox şəhərlərində, həmçinin Fransa, İsveçrə, Əfqanıstan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə uğurlu çıxışlar edib. Məlahətli səsə sahib olan sənətkarın repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, Orta Şərq mahnıları da yer alırdı. 

Xanəndə iki dəfə ailə həyatı qurub. İlk evliliyindən Natella adlı qızı dünyaya gəlib. Qızının atası hərbi həkim olub, cəbhəyə yollanıb və geri dönməyib. Lakin Şövkət xanım müharibədən əvvəl ondan ayrılıb və qızı ilə birlikdə yaşayıb. Məlumata görə, boşanmanın əsas səbəbi ərinin həddindən artıq qısqanclığı olub. Onun ikinci nikahı tanınmış rejissor Lətif Səfərovla baş tutub. Bu evlilikdən Bəşir adlı oğulları doğulub. Təəssüf ki, Lətif Səfərov bir müddət sonra intihar edib.

Şövkət Ələkbərova gələcək gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb və bəyənib. Oğluna qızı göstərərək deyib ki, "Bu qız mənim cavanlığıma oxşayır".

Şövkət xanımın ilk evliliyindən olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən vəfat edib. Qızının itkisi ilə dərindən sarsılan Şövkət Ələkbərova bundan sonra çox yaşamayıb. O, Natellanın ölümündən sonra bir daha mahnı oxumayıb.

Deyilənə görə, Şövkət xanım qızının itkisi ilə bağlı kədərini yeni doğulan nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyar və belə deyərdi: "Mənim ömrümə az qalıb, qoyun balama doyunca lay-lay deyim".

1945-ci ildən Filarmoniyanın solisti kimi fəaliyyətə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar və bəstəkar mahnıları Azərbaycanda böyük şöhrət qazanıb. "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı?" filmləri üçün Tofiq Quliyevin yazdığı mahnılar onun ifasında xalqın dilinin əzbərinə çevrilib. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" filmində Sənəm rolunun musiqi partiyalarını da məhz Şövkət Ələkbərova ifa edib. Bəstəkar Cahangir Cahangirovun "Füzuli" kantatasının II hissəsində onun oxuduğu "Məni candan usandırdı" romansı tamaşaçıların qəlbinə yol tapıb. Emin Sabitoğlunun "Şirin dil" mahnısı isə müğənninin repertuarında xüsusi yer tutub.

Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib. Gəlininin sözlərinə görə, Şövkət xanım son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.

O, vəfatından əvvəl son müsahibəsini Rafiq Hüseynova verərək deyir: "Hər kəsin həyatında çətinliklər olur, mənim də olub. Amma bütün bunlara rəğmən özümü xoşbəxt insan sayıram".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri