Icma.az
close
up
RU
Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”

Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”

News24 saytına istinadən Icma.az xəbər verir.

Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi Yutubunn “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib.

Kult.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Töhfə” mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır:

"Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi “Getmə amandır” mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.

Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Yavaş-yavaş” mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin “Qızıl Fondu”nda 6693-S kod nömrəsi altında saxlanılır.

“Bayram şamları” mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır".

"Müğənni Ş.Ələkbərovanın Yutubda əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib. Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və onun pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri