Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu Fotolar
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Litvalı bəstəkar və rəssam Mikaloyus Konstantinas Çiurlionisin 150 illiyi və azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib.
Axşam.ax xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertin əvvəlində Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus çıxış edib və musiqinin xalqlarımızı birləşdirə biləcək bir körpü olduğunu bildirib.
Ardınca Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək Azərbaycan və Litvadan olan iki dahi mədəniyyət xadiminin əsərlərinin füsunkarlığı barədə danışıb.
Daha sonra konsert başlayıb.
Konsert Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən təqdim olunub.
Əvvəlcə Mikaloyus Konstantinas Çiurlionisin, sonra isə Üzeyir Hacıbəylinin əsərləri orkestr tərəfindən ifa edilib.
Orkestrə Litvadan olan Kestutis Vaskeleviçius dirijorluq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Oktyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















