Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illiyi Avropada qeyd olunub

Üzeyir Hacıbəylinin 140 illiyi Avropada qeyd olunub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi Avropa səhnələrində təntənəli şəkildə qeyd olunub. Şotlandiyanın Qlazqo şəhərində və Fransanın paytaxtı Parisdə bu münasibətlə konsertlər təşkil edilib. 

Qlazqoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilən “Arazbarı” adlı konsert proqramı şəhərin nüfuzlu mədəni məkanlarından biri olan “Glasgow Art Club”da baş tutub. Konsertdə Böyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva dahi bəstəkarın musiqi irsinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, eyni zamanda ümumbəşəri musiqi düşüncəsi baxımında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şərq və Qərb musiqi ənənələri arasında mövcud olan yaradıcı dialoq barədə fikirlərini bölüşüb. Proqramda Üzeyir Hacıbəylinin, eləcə də İ.S.Baxın və V.A.Motsartın repertuarından seçilmiş əsərlər səsləndirilib. Günel Mirzəyeva, həmçinin muğam üslubunda bəstələdiyi və müəllifi olduğu “Bax” adlı orijinal kompozisiyanı ifa edib. “Caspian Circle” təşkilatının baş icraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqoda keçirilməsinin Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və diasporun mədəni əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan konsertin təşkilatçısı pianoçu Səidə Zülfüqarova olub. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser, fransız bəstəkarı Graciane Finzi və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Konsert Üzeyir Hacıbəylinin yaradıcılığının parlaq nümunələrindən biri olan “Aşıqsayağı” əsərinin səsləndirilməsi ilə başlayıb. Pianoçu Səidə Zülfüqarova, violonçel ifaçısı Guillaume Martigné və skripkaçı Florian Mavielin ifasında Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayev kimi görkəmli bəstəkarların əsərləri də yüksək peşəkarlıqla təqdim olunub. Zəngin tembr ahəngi və yüksək sənətkarlığı ilə seçilən ifalar, eləcə də Avropa və Azərbaycan musiqilərinin uğurlu sintezi tamaşaçıların böyük rəğbətinə səbəb olub. 

Konsertlər musiqi diplomatiyası və diaspor fəaliyyətinin inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib. Tədbirlər Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyət və musiqisevərlər tərəfindən də maraqla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri