Icma.az
close
up
RU
Serbiyada Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunub

Serbiyada Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belqrad, 17 noyabr, AZƏRTAC

Azərbaycanın Serbiyadakı səfirliyi dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Belqrad Filarmoniyasında konsert təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ümumilikdə 200-dək qonaq, o cümlədən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Serbiyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm, mədəniyyət və din xadimləri, eləcə də diaspor üzvləri iştirak ediblər.

Azərbaycan və Serbiyanın Dövlət himnləri Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri tərəfindən səsləndirildikdən sonra, ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli kimliyinin və musiqi ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Onun bəstələdiyi Azərbaycan Respublikasının Dövlət Himni uzun illərdir ölkəmizin azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü ideallarını ifadə edən əsas simvollardan biri kimi səslənir.

Səfir tədbirin Azərbaycanın Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü və müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu ildönümü dövrünə təsadüf etməsi bu yubileyin əhəmiyyətini artırdığını vurğulayıb.

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyəsi də tədbirdə xüsusi qeyd olunub. K.Xasiyev xatırladıb ki, Serbiya dünyada Üzeyir Hacıbəylinin abidəsinin ucaldıldığı azsaylı ölkələrdən biridir. Həmçinin bildirib ki, Serbiya Poçtu dahi bəstəkarın 140 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxaraq bu əlamətdar günə töhfə verib.

Çıxışdan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç, pianoçu Mina Ristiç Yoniç, solist Orxan Cəlilov, pianoçu Vasif Hüseyn, tarzən İbrahim Babayev, balabançı Məqsəd Əzizov, “Ritm” rəqs qrupu və Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri Üzeyir Hacıbəylinin, həmçinin serb bəstəkarı İsidor Bayiçin əsərlərini ifa ediblər.

Tamaşaçıların böyük marağına səbəb olan musiqiçilərin çıxışları alqışlarla qarşılanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri