Icma.az
close
up
RU
Üzeyirdən gələn səs!

Üzeyirdən gələn səs!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Xalqımızın yaddaşında yaşayan milli musiqimiz...

Musiqi hər bir xalqın mədəniyyətində təkcə sənət növü deyil, həm də milli yaddaşın, kimliyin və ruhun daşıyıcısıdır. Azərbaycan xalqı üçün isə musiqi yüzilliklərin dərinliyindən gələn, sazın səsi ilə ürəklərə hopan, muğamın ahəngi ilə düşüncələri qanadlandıran müqəddəs bir mirasdır. Sentyabrın 18-i dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü, həmçinin Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün təkcə bir bəstəkarın xatirəsi deyil, bir xalqın musiqi ilə var olmaq haqqında bayramıdır.

Azərbaycan musiqisi tarın, kamançanın, balabanın ahəngində əsrlərlə yoğrulan bir tale dastanıdır. Muğamımızın hər bir səfi qəmlə gülüşün, ayrılıqla qovuşmanın və bir xalqın illər boyu çəkdiyi ağrıların səsidir. Musiqi ilə sevinmiş, musiqi ilə yas tutmuşuq. Toyda da, döyüşdə də, ayrılıqda da, qələbədə də bir melodiya dilimizdən düşməyib.

Bütün bu musiqi sərvətinin zirvəsində Üzeyir Hacıbəyov dayanır. O, “Koroğlu” kimi bir qəhrəmanlıq simfoniyası yaratdı, “Leyli və Məcnun” kimi bir eşq dastanını səhnəyə daşıdı. Onun əsərlərində biz varıq - keçmişimiz, bu günümüz, gələcəyimiz. Üzeyir bəyin notları bu torpağın ruhuna hopub, sanki Xəzərin dalğaları ilə ahəngdardır, Qarabağın dağları ilə səsləşir.

Milli Musiqi Günü həm də Azərbaycan musiqisinin digər korifeylərinin - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun və bir çoxlarının yaratdıqları zəngin irsin təbliği üçün mühüm bir platformadır. Bu gün ölkənin müxtəlif guşələrində konsertlər keçirilir, musiqi məktəblərində tədbirlər təşkil olunur, gənc ifaçılar klassik əsərləri səsləndirməklə ustad sənətkarlara ehtiramlarını bildirirlər.

Bütün bunlarla yanaşı, Milli Musiqi Günü təkcə keçmişə boylanmaq deyil, həm də gələcəyə baxmaq fürsətidir. Gənc nəslin musiqiyə olan marağını artırmaq, milli musiqini müasir üslubda təqdim etmək və dünyaya tanıtmaq bu günün qarşıya qoyduğu əsas məqsədlərdəndir. Bu gün dövlət səviyyəsində milli mədəniyyətə, xüsusilə də musiqiyə böyük dəyər verilir. Azərbaycan musiqisi təkcə tarixi keçmişə söykənmir, həm də dövlətin diqqəti sayəsində müasir dövrdə öz inkişafını davam etdirir. Dövlətimiz musiqimizi qoruyur, inkişaf etdirir və gələcək nəsillərə ötürmək üçün əlindən gələni edir.

Nə qədər ki, muğam oxunur, tar səslənir, nə qədər ki, bir uşaq fortepianoda Üzeyir bəyin əsərlərini ifa edir, deməli, milli musiqimiz yaşayır. Milli Musiqi Günü bizi sadəcə musiqiyə deyil, özümüzə qaytarır. Kim olduğumuzu, haradan gəldiyimizi, necə dirəniş göstərdiyimizi xatırladır.

Musiqimiz susmur, çünki xalqın özü danışır bu səsdə. Bu gün başımızı bir az da dik tuturuq. Çünki musiqimiz yaşayır, yenilənir, dünyanı dolaşır. Gənc bəstəkarlar, muğam ifaçıları, caz ustaları Azərbaycan adını not-not, səhnə-səhnə tanıdır.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Sentyabr 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri