Üzgüçülük Federasiyasının prezidenti: Çalışırıq ki, “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil edək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Mingəçevir, 31 avqust, AZƏRTAC
“Kürü keçək?!” yarışının davamlı olmasını arzulayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Mingəçevir şəhərində təşkil edilən “Kürü keçək?!” yarışı barədə jurnalistlərə açıqlamasında deyib.
O, yarış üçün 600-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyini bildirib: "Özüm də ilk dəfədir burada iştirak edirəm. Sevindirici haldır ki, bu yarışa gənclərin və xanımların marağı böyükdür. Bunun sayəsində onlar üzgüçülük idman növünü sevirlər. Çalışırıq ki, “Kürü keçək?!” yarışını gələcəkdə beynəlxalq səviyyədə təşkil edək".
Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 31 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















