Icma.az
close
up
RU
Üzüaşağı gedən milli komanda... Futbolda daha Madaqaskar və Qırğızıstandan da geri qalırıq

Üzüaşağı gedən milli komanda... Futbolda daha Madaqaskar və Qırğızıstandan da geri qalırıq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FİFA milli futbol komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Yenə acınacaqlı durumdayıq. Fernandu Santuşun komandası 117-ci yerdədir. Son uğursuz nəticələr lap ümidsiz vəziyyət yaradıb. İndi ilk 100-lüyə düşmək də əlçatmaz görünür.

Bizimyol.info xəbər verir ki, futbolda daha Madaqaskar və Qırğızıstandan da geri qalırıq. Madaqaskar reytinq cədvəlində 116-cı, Qırğızıstan 107-ci yerdədir.

Son beş ilə nəzər yetirəndə Azərbaycan milli komandasında mövqe baxımından ciddi dəyişiklik gözə dəymir. Yəni durum həmişə belə bərbad olub. Məsələn, 2019-cu ilin bu günlərində bizim əsas kollektiv 114-cü pillədə qərarlaşmışdı. Bu beş il ərzində ən yaxşı göstərici 2021-ci ilin fevralında qeydə alınıb. Onda da ilk 100-lüyə düşə bilməmişik, 108-ci yerdə görünmüşük. 2022-ci ilin martında isə 129-cu yerə qədər yuvarlanmağı bacarmışıq. Bu da olub son beş ilin ən pis göstəricisi.

Əlbəttə, bədbinliyə qapılmamaq olar. Amma tarixə nəzər salanda anlayırsan ki, həmişə bu gündə olmuşuq. 1998-ci ildə də təxminən bu mövqelərdəydik. Futbolla dövlət proqramı qəbul olunub, milyonlar yox, milyardlar xərclənib, ortada isə qürrələnəcək bir şey yoxdur.

AFFA nə düşünür? Hələlik heç nə. Fernandu Santuşa tam dəstək ifadə olunur. Halbuki portuqaliyalı mütəxəssis ilk günlərdən çarəsiz görünür. Sanki milli komandada ciddi dəyişiklik edə bilməyəcək. Yenə illər xərclənəcək, məlum olacaq ki, ilk 100-lüyə belə düşə bilmirik.

Niyə Madaqaskarın, Qırğızıstannın adını çəkmişdik? Madaqaskar Afrika Millətlər Liqasının final mərhələsinə vəsiqə qazana bilmir. Yəni qitənin zəiflərindən sayılır. Qırğızıstanda futbol heç sovet vaxtı yox idi. İndi nəsə etməyə çalışırlar. Amma yenə də Asiya Kubokunun final mərhələsinə vəsiqə arzu olaraq qalır. İndi görün biz nə vəziyyətdəyik ki, bu ölkələrin milli komandalarından geri qalırıq.

Axırda reytinq cədvəli haqda: Sıralamaya yenə Argentina başçılıq edir. Sonrakı yerləri Fransa, İspaniya, İngiltərə və Braziliya tutur. Ən axırıncı San Marinodur.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri