Icma.az
close
up
RU
Üzümüdəki sivilcə Elşən Karaca

Üzümüdəki sivilcə Elşən Karaca

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Elşən Karacanın "Üzümdəki sivilcə" yazısını təqdim edir.

Yuxuda təsadüfən baş barmağımın dırnağı ilə yanağıma toxundum və üzümdə kamində ocaq yandırarkən tüstüdən və odunların buraxdığı qazlardan yaranmış sivilcəni cızdım. Kəskin ağrı hiss etdim, qəribə bir yanğı ilə qarışıq turş bir sızıltı canıma yayıldı. Ocaqdan gələn səslər sakitliyi həzzlə pozurdu - çısıltılar, pısıltılar…

Odunlar nəm idi, amma bu səs tək suyu deyil, tərkibindəki digər hansısa yağları buxarlandıraraq yanmağın səsi idi.

Bir müddət sonra dostlarımla təbiət qoynunda görüşdük. Mən onlara ocaq qalayarkən yayılan qazların və yağların necə yandırıcı gücə malik olduğunu izah etməyə çalışdım. Amma heç biri inanmadı. Bu nəzəriyyəni əyani sübut etmək üçün əvvəlcədən hazırlıq görmüşdüm, yalnız təhlükəsizlik tədbirləru məsələsində bir qədər güvənsiz idim.

Beləcə dostlarımın qarşısına təxminən köhnə “Volksvagen Juk” avtomobili böyüklükdə, içində həmin maddə olan şəffaf, iri bir boxça çıxartdım.
Öncə boxçanı diyirlərək gətirmək istəyirəm amma tez saxlayıram və ağlıma gəlir ki, bu çox təhlükəlidir, onu havaya qaldırmaq lazımdır, yoxsa cırılaraq dağıla bilər və çox ciddi yandırıcı, əridici fəsadlar törədər.

Bu sırada idarə olunan quş ( bu çox güman dron idi) ilə bağlayaraq havaya qaldırırıq.

Həcmi böyük olsada çəkisi yüngül idi. Öncə bu təhlükəli maddəni dənizə tərəf yönəltsək də tez yönünü dəyişirik. Qobustan çöllüklərinə yönəldirik, dənizdəki canlılara ciddi fəsadlar törədə bilərdi, daha sonra

Qobustan çöllüyündə də canlıların olduğun xatırlayıb, oradan da yan keçirdirik və çöllükdə köhnə tərk edilmiş beton paleqon görüb oraya atmağa qərar veririk.

Beləliklə idarəolunan quşun caynaqları ilə tutduğu boxça şəkilli məhlulu həmin beton əraziyə atırıq.

Bu zaman inanılmaz bir görüntünün şahidi oluram. Boxça yerə çırpılmağı ilə cırılaraq dağılır. İçindən yayılan maye, təmas etdiyi betonu əridərək demək olar ki, yox edir.

Şokun təsirində yuxudan ayılıram. Ertəsi gün Müdafiə Sənayesində çalışan dostuma və bacıma bu yuxumu danışıram. Onlara bunu reallıqda həyata keçirmək istədiyimi deyəndə təbii ki, bunun mümkünsüz olduğunu bildirdilər. Mən isə öz inadkarlığımı yenə biruzə verdim. Onlara mən bunu sübut etsəm, siz də mən istədiyimi edəcəksiz dedim. Bu işin mümkünsüz olduğundan əmin olduqları üçün “hə” sözünü verdilər.

Şərtim isə belə idi; Mən dediyim məhlulu hazırlayıb göstərsəm, onlar bunu hərbi sənayedəki rəhbərliyə bildirəcəkdilər. Bunu necə etmək mümkündür, o da ayrı bir məsələdir. Çünki Rəhbərliyi buna inandırmaq, az qala bu təcrübəni həyata keçirməkdən də çətindir.

Mən isə başladım ...

Bir müddət sonra düşmən sərhədində vəziyyət gərginləşdi. Onlar sərhədimizə atəş açırdı. Cavab atəşi ilə atəşi dayandırdıq. Düşmən tərəfdə əsgərlər və zabitlər qruplar halında toplaşmışdılar. Birdən onların gözünün önündə havada buxarlanma baş verdi, göy üzündə bulud yaranıb sıxlaşaraq böyük ölçülü (təxminən iki tonluq su çəni böyüklüyündə) şəffaf mayeyə çevrildi və bu maye bir qrup əsgərin üzərinə dağıldı. Həmin əsgərlər bir anda əridilər, sanki görünməz bir su və ya hava onları yox etdi. Bu mənzərəni görən digər əsgərlər qorxudan huşunu itirdilər.

Beləcə, mən hazırladığım məhlulu sübut etmişdim və rəhbərlik gizli şəkildə bu maddəni sınaqdan keçirməyə qərar verdi. Düşmən tərəf isə bu hadisəni dünya ictimaiyyətinə kimyəvi hücum kimi təqdim etməyə çalışdı. Amma heç bir sübut təqdim edə bilmədilər – yalnız qorxmuş əsgərlərin sözləri və itkin düşmüş bir qrup.

Bir qədər sonra mən cəsarət toplayıb ölkə rəhbəri ilə tək görüşmək qərarına gəldim. Artıq etibar qazanmışdım və yeni layihəm vardı. Rəhbərliyə bu istəyimi bildirdim. Onlar bunun çətin olduğunu desələr də, istəyimi çatdıracaqlarını söylədilər. Və budur – mən Cənabla görüşürəm. Həyəcanlı olduğumu görüb, o gülümsəyərək rahat olmağımı bildirir. Mən isə fikirlərimi bir-bir ona izah edirəm.


---

Bir həftə sonra ölkə rəhbərliyi düşmənə xəbərdarlıq edir: əgər kapitulyasiya zamanı verilən şərtlərə əməl olunmasa, hərbi güc tətbiq ediləcək. Bu bəyanat himayədar ölkələri də narahat edir. Bir sıra hədələyici bəyanatlar səsləndirilir. Ölkə rəhbərimiz isə geri çəkilmir, qətiyyətlə ciddi olduqlarını bildirir.

Şimal qonşumuz ilk reaksiya verən ölkələrdən biri olur və bizə qarşı raket zərbəsi endirir. Lakin raket havada məhv edilir. Ardınca şimal qonşumuz ərazi iddiası ilə müharibəyə başlayır. Lakin ilk olaraq onların bütün hərbi bazaları və xüsusilə də nüvə silahları bir anda məhv edilir. Onlar nə baş verdiyini anlamır – sadəcə silahların əridiyini görürlər. Rəhbər o an iş otağında pəncərələrinin necə əriyərək yox olduğunu seyr edir və sarsıntı içində diz çökür.

Bu hadisə dünya mediasında böyük səs-küyə səbəb olur. “Azərbaycan cəzalandırılmalıdır” şüarları səsləndirilir. Şimali Koreya hücuma keçmək istəsə də, Rusiyanın aqibətini yaşayıb susur. ABŞ və Fransa birgə plan qursalar da, cavablarını alırlar. Türkiyə, İsrail və Çin istisna olmaqla digər ölkələrin hərbi bazaları məhv edilir. Çinin yalnız nüvə silahları sıradan çıxarılır.

Nəticədə dünya ölkələri təslim olduqlarını bildirirlər. Heç bir ölkənin qanunlarına toxunulmur, sadəcə əlavələr edilir. ABŞ-da yerlilərə imtiyaz verilir. Rusiya çərkəzlərdən və digər xalqlardan alınan torpaqları geri qaytarır. Ermənistan Qərbi Azərbaycandan çəkilir. İran Cənubi Azərbaycanı azad edir. Çin Uyğurlara qarşı basqılara son qoyur. Hindistanda müsəlman hindlilərə imtiyaz verilir. Suriya Türkiyənin himayəsinə daxil edilir.

Dünyada Beynəlxalq dil kimi - Azərbaycan dili qəbul olunur. Mən buna çox sevinirəm, çünki tənbəllikdən ingilis dili öyrənməmişdim!

Gözlərimi açdığımda öz yataq otağımda olduğumu anlayıram. Bütün bunların yuxu içində yuxu olduğunu dərk edirəm. Təəccüb və təbəssümlə telefona baxıram — saat 04:33-dür. Bu qədər hadisə qısa bir zamanda baş verib!

Yerimdən qalxıb salona keçirəm. Kamində ocağın sönmüş olduğunu görüb yenidən yandırıram. İndi oturub bu yuxunun mənə verdiyi xoş təəssüratları düşünürəm. Ağılıma “yuxu filmi” ideyası gəlir. Daha sonra isə Adolf Hitler yadıma düşür. Kamindəki odlara baxıb təbəssümlə düşünürəm. Yaxşı ki, xəyalpərəstlərin və yaradıcı adamlar dünyanı idarə etmirlər, yoxsa dünyanı bir-birinə qatardılar.

Bu düşüncələrlə qərar verirəm: bu yuxunu, bu hissləri isti ocağın kənarında yazıya köçürüm...

Kim bilir, bəlkə bir gün belə yuxular da reallığa çevrilər.

“Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb Pezeşkian Bakıda bu şeiri dedi - Video "Bir xalqı çökdürmək üçün..." - Əli bəy Abbas Səhhəti niyə tənqid edirdi?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 May 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri