KİV: ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmaq məcburiyyətində qalacaq
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ştatlar administrasiyası İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq məcburiyyətində qalacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The American Conservative" jurnalında dərc olunan məqalədə deyilir.
Qeyd olunur ki, Ştatlar İranla münaqişə gedişatında indiyədək öz məqsədlərinə nail ola bilməyiblər. Bununla yanaşı, Hörmüz boğazının bağlanması neft və digər enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasına səbəb olub.
Məqalədə vurğulanır:
"Lakin ABŞ-ın maraqları və Yaxın Şərqdəki təhlükəsizlik üçün bütün bu mənasız itkilərin fonunda müsbət bir məqam da görünür. Hazırda Birləşmiş Ştatların regiondakı mövcudluğunu azaltmaqdan başqa seçimi yoxdur".
Jurnalistlərin fikrincə, bir çox Amerika hərbi bazalarının şəxsi heyəti hələ münaqişə başlamazdan əvvəl və ya qarşıdurmanın ilk günlərində qismən və ya tamamilə təxliyə edilmişdi. Sentyabrda, bu obyektlər müharibədə hər hansı əhəmiyyətli rol oynamayıb.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 20 May 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















