Icma.az
close
up
RU
Uzun müddət “özünə nəzarət” yorğunluq və aqressivliyə səbəb ola bilər AZƏRTAC

Uzun müddət “özünə nəzarət” yorğunluq və aqressivliyə səbəb ola bilər AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

Son tədqiqatlar uzun müddət davam edən “özünə nəzarətin” (insanın öz düşüncələrini, duyğularını və davranışlarını məqsədyönlü şəkildə idarəetmə qabiliyyəti. Bu qabiliyyət, şəxsin emosional reaksiyalarını, ani impulslarını və qərarlarını nəzarət altında saxlamağa imkan verir. Həmçinin insanın müəyyən bir məqsədə çatmaq üçün davranışlarını və hərəkətlərini tənzimləmək və ya uyğunlaşdırmaq bacarığıdır) yorğunluq və aqressivliyə səbəb ola biləcəyini ortaya qoyub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, elm adamları, “özünə nəzarət”in beyində yaratdığı təsirləri və bunun fiziki-psixoloji nəticələrini anlamağa çalışaraq bu sahədə mühüm bir araşdırma həyata keçirib.

Tədqiqatın iştirakçıları arasında 44 nəfər olub və onlara elektroensefalografi (EEG) cihazı vasitəsilə beyindəki elektriksel hərəkətləri ölçmək tapşırığı verilib. Araşdırmada iştirak edən şəxslər, 45 dəqiqə boyunca müxtəlif kompüter əsaslı proqramlara, o cümlədən duyğusal videoların izlənilməsi kimi fəaliyyətlərə yönləndirilib. Bu prosesdə iştirakçıların yarısına öz duyğusal reaksiyalarını idarə etməyi tələb edən tapşırıqlar verilib. Məsələn, izlədikləri duyğusal videolara heç bir reaksiya verməmək kimi “özünə nəzarət”i tələb edən fəaliyyətlər yerinə yetiriblər.

Tədqiqatın nəticələri göstərib ki, “özünə nəzarət”i tətbiq edən şəxslərin beynindəki qərar vermə və impulsların idarə edilməsi ilə əlaqəli bölgələrdə “delta beyin dalğası” aktivliyində artım baş verib. Bu dəyişiklik, beyindəki enerjinin bu bölgələrdə daha çox toplanması nəticəsində, iştirakçılarda yüksək dərəcədə tükənmə və aqressiv reaksiya formalaşdırıb.

Araşdırma komandasının digər bir mərhələsində isə 403 fərd yenidən iki qrupa ayrılıb və EEG cihazı istifadə etmədən eyni testlər təkrarlanıb. Nəticələr, “özünə nəzarət”i tətbiq edən iştirakçıların, digərlərinə nisbətən daha aqressiv cavablar verdiklərini göstərmib. Bu, uzun müddət özünə nəzarət tətbiq edən şəxslərin, ətraflarına qarşı daha yüksək narazılıq və mənfi emosiyalar bəslədiklərini ortaya çıxarıb.

Tədqiqatın nəticələri, beynin enerjisinin müəyyən bölgələrə yönəldilməsi və bununla əlaqədar olaraq duyğusal və psixoloji vəziyyətin dəyişməsi ilə bağlı mühüm bir anlayış qazandırır. Bu araşdırma, insan davranışlarının uzun müddət davam edən “özünə nəzarət”in proseslərindən necə təsirləndiyini göstərərək, xüsusilə psixoloji sağlamlıq sahəsində yeni yanaşmaların inkişafına təsir edəcək.

Araşdırmanın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Bu tədqiqat psixoloji və nevroloji araşdırmalarda “özünə nəzarət”in uzun müddət davam edən təsirlərini anlamağa dair əhəmiyyətli bir mərhələ təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri