Icma.az
close
up
RU
Vacib səfərlə açılan yeni səhifə: bəyanatlar xoş oldu, amma...

Vacib səfərlə açılan yeni səhifə: bəyanatlar xoş oldu, amma...

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Mərkəz rəhbəri: “İran-Azərbaycan arasındakı bütün məsələlərin Pezeşkianın səfərindən sonra həll olunacağını qəti söyləmək mümkün deyil”

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri gündəmin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Pezeşkianın səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində səsləndirilən fikirlər, liderlərin müsajları təhlil olunarkən belə qənaət ortaya çıxır ki, iki qonşu ölkə arasında xeyli müddətdir münasibətlərdəı yaranan soyuqluq aradan qalxmalıdır. Analitiklər hesab edirlər ki, böyük qonşulardan olan İranla münasibətlərin yeni mərhələyə qədəm qoyması, Bakıda bir sıra önəmli sənədlərin imzalanması, bəyan edilən ifadələr çox vacibdir.

Bununla yanaşı, Pezeşkiandan sonra İsrailin Baş naziri Benyamin Netanyahunun da Azərbaycana planlaşdırılan səfəri diqqət çəkir. İsrail mediası bildirir ki, İsrailin liderinin Bakıya gəlişi may ayı ərzində gözlənilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA.AZ-a müsahibəsində mövzu ətrafında fikirlərini bölüşüb. Analitik qeyd edib ki, Pezeşkianın Azərbaycana səfəri uzun müddət idi planlaşdırılırdı:

- Əslində Bəndər Abbasdakı partlayışdan sonra İran Prezidenti Bakıya səfəri təxirə sala bilərdi. Amma Azərbaycana səfər həftələr əvvəl elan edildiyinə, səfər heyəti müəyyənləşdiyinə görə Pezeşkian səfərin təxirə salınmasının yanlış anlaşılacağını güman edib. Ona görə də doğru qərar verib, qısa müddət üçün olsa da, səfəri gerçəkləşdirdi. Görüşlər keçirildi, bəyanatlar verildi və Pezeşkian bildirdi ki, yenə səfər edəcək.

Onu deyim ki, bu səfər çox önəmli idi. Biz anlayırıq ki, İranda siyasi sistem fərqlidir, Prezidentin İran Konstitusiyasında səlahiyyətləri o qədər də geniş deyil. Bu gün İranda dövlət idarəçiliyi səlahiyyətləri Ali Rəhbərin və SEPAH generallarının əlindədir. Ona bilsin ki, Pezeşkianın bu səfərindən sonra SEPAH tərəfindən hansısa təxribatlar olsun. Çünki bunun nümunələri var. Hər uğurlu danışıqlardan sonra mühafizəkarlar tərəfindən təxribatlara əl atılır, Azərbaycan əleyhinə addımlar atılır, bəyanatlar verilir. Ümumilikdə isə Pezeşkianın səfərini müsbət qiymətləndirmək olar.

- Liderlərin görüşündə ortaq layihələrə, dəhlizlər məsələsinə toxunuldu. Xüsusilə də Araz dəhlizinin açılması məsələsi gündəmdə oldu. Bunu necə qiymətləndirirsiniz?

- Əsas məsələ Araz dəhlizini hərəkətə gətirməkdir. Araz çayı üzərində körpünün tikintisi yekunlaşmaq üzrədir. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını ləngitdiyi üçün Azərbaycan İranla Naxçıvana rahat gediş-gəliş məsələsini həll etməyə çalışır. Düzdür, Araz dəhlizi Zəngəzur dəhlizindən fərqlənəcək. Araz dəhlizində Azərbaycan vətəndaşlarını İranın sərhəd və gömrük xidməti yoxlayacaq. Amma indi başqa çarəmiz yoxdur. Zəngəzur dəhlizi yubandığı üçün Araz dəhlizindən istifadə önəmlidir.

Pezeşkian Azərbaycan lideri ilə danışıqlarda Şimal-Cənub dəhlizi barədə fikir mübadiləsi apardı. Bu da çox önəmli məsələdir. Amma sözügedən dəhlizin işləməsi son hadisələr fonunda çətinləşir.Baxmayaraq ki, Amerika-İran danışıqları aparılır, amma Vaşinqton Tehrana qarşı sanksiyaları da sərtləşdirir. Bu isə İrandakı limanların işləməsini çətinləşdirir. Dolayısı ilə Şimal-Cənub dəhlizinin işləməsi də müşkilə çevrilir. Yəni bu dəhlizin işləməsində çətinliklər var, üstəlik, Rəşt-Astara dəmir yolu hələ də inşa olunmayıb. Lakin bunlar Azərbaycan üçün problem yaratmır. Bizim üçün Orta Dəhliz ən vacib dəhlizdir. Bilirsiniz, İranla danışılası mövzular çox idi və liderlər bu mövzular ətrafında isti müzakirələr apardılar, bəyanatlar verildi, sənədlər imzalandı.  

- Demək olarmı ki, Pezeşkianın səfəri ilə İran-Azərbaycan arasında həllini gözləyən problemlər aradan qalxacaq?

- Çox istərdik ki, Pezeşkianın bəyanatları reallaşsın. Amma reallıqda bilirik ki, Pezeşkian nə qədər isti bəyanatlar versə də, Tehran Azərbaycanla bağlı siyasətində başqa qərarlar verə bilər. Dediyimiz kimi, İranda əsas qərar verən qurum Ali Rəhbər institutudur. İndi sual olunur: Ali Rəhbər Seyid Əli Xamneyi də pezeşkian kimi düşünür?

Faktiki olaraq, İranda üç mərkəz var: Prezident və təyin etdiyi nazirlər, Ali Rəhbər və ətrafı və SEPAH generalları. Bu üç mərkəz bəzən bir-birinə tabe olmur, bir-birinə zidd siyasət həyata keçirir, bəyanatlar verirlər. Ona görə də, İran-Azərbaycan arasındakı bütün məsələlərin Pezeşkianın səfərindən sonra həll olunacağını qəti söyləmək mümkün deyil. Bütün hallarda isə İran Prezidentinin Azərbaycana səfəri, verilən bəyanatlar və sözlər çox vacib idi. Bundan sonra Tehranın hansı addımlar atacağını müşahidə etmək lazımdır.

- Netanyahunun Azərbaycana səfəri də gözlənilir. İran liderinin gəlişindən sonra İsrail rəhbərinin səfəri təsadüfdürmü?

- Netanyahunun səfəri xəbərinin nə dərəcədə dəqiq olub-olmadığını bilmirik. Bu barədə İsrail mediası yazıb, amma rəsmi açıqlamaya rast gəlmədim. Ola bilsin ki, bu, nəbz yoxlamasıdır. İrandakı mühafizəkar dairələri qıcıqlandırmaq üçün İsrail mediasının belə məlumat yayması istisna deyil. Ola da bilər ki, həqiqətən də Netanyahunun Bakıya gəlişi reallaşsın. Çünki israillə Azərbaycan arasında dialoq daha da genişlənib. Təsadüfi deyil ki, Prezidentin köməkçisi Hikmət Hacıyev qısa müddətdə İsrailə iki dəfə səfər etdi. Sonuncu səfərdə Netanyahu ilə də görüşü oldu. Azərbaycanla İsrail arasında iqtisadi əlaqələr güclənir, hərbi əməkdaşlıq dərinləşir. Eyni zamanda, Türkiyə ilə İsrail arasında dialoq Bakıda aparılır. Ona görə də, İsrailin Baş nazirinin Azərbaycana səfəri qeyri-adi hadisə kimi qəbul edilməməlidir. Düzdür, İran bu münasibətlərdən əsəbiləşir, məsələyə qısqanclıqla yanaşır. Amma Azərbaycan tərəfindən birmənalı şəkildə bəyan edilib ki, İrana qarşı addımlarda Azərbaycan iştirak etməyəcək. Bununla yanaşı, hansı dövlətlə münasibətləri inkişaf etdirmək Azərbaycanın işidir, buna hansısa dövlət qarışa bilməz. Azərbaycan İranla da münasibətlərin inkişafında, mehriban qonşuluq münasibətlərinin yüksəlməsində maraqlıdır. İsraillə də, ABŞ-la da, Çinlə də, digər ölkələrlə də əlaqələrin inkişafı Azərbaycanın prioritetidir. Ona görə də, hesab edirəm ki, rəsmi Tehran Bakının bu addımlarına əsəbi reaksiya verməməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri