Icma.az
close
up
RU
Vacib siyahı yayıldı: Diqqətli olun! Minlərlə insan buna görə ölür

Vacib siyahı yayıldı: Diqqətli olun! Minlərlə insan buna görə ölür

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda çimərlik mövsümünün başlaması ilə bir sıra məsələlər gündəmə gəlib. Xüsusilə özəl çimərliklərlə bağlı bəzi suallar müzakirə edilir. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, dövlət çimərliklərində nəzarət onların səlahiyyətindədir və bu sahələrdə baş verə biləcək batma və digər xoşagəlməz hadisələrə görə məsuliyyət daşıyırlar.

Özəl çimərliklərlə bağlı vəziyyət necədir? Vətəndaşlar nəyə diqqət etməlidirlər?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, çimərlik mövsümü başlamadan əvvəl müvafiq qurumlar dəniz sahillərində monitorinq aparırla

“Bu zaman insan sağlamlığı üçün zərərli ola biləcək amillər, sualtı axınlar və yarğanlar əvvəlcədən araşdırılır. Yalnız müsbət rəy verilmiş çimərliklərdə fəaliyyətə icazə verilir. Hər il bu çimərliklərin siyahısı kütləvi informasiya vasitələrində dərc olunur. İcazəsiz fəaliyyət göstərən çimərliklər insan həyatı üçün risklidir. Vətəndaşlar yalnız icazə verilmiş çimərliklərə üz tutmalıdır. Çünki bu ərazilərdə xilasetmə xidməti mövcuddur və çimmək daha təhlükəsiz sayılır. FHN-in tabeliyində olan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, onların nəzarətində olan ərazilərdə indiyədək bir nəfər belə boğulma halı qeydə alınmayıb. Əlverişsiz hava şəraitində və ya sərxoş vəziyyətdə çimərliyə getmək təhlükəlidir. Əgər küləyin sürəti saniyədə 10–12 metrə çatarsa, dənizə getmək planı təxirə salınmalıdır. Çünki dünya statistikası göstərir ki, boğulma hallarının 70 faizindən çoxu məhz hava şəraiti ilə əlaqəlidir. Bütün ölkələrdə çimərliklərdə təhlükəsizliyi təmin etmək məqsədilə tədbirlər gücləndirilir. Hər il dünya üzrə 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu ölümlərin 98 faizindən çoxu qeyri-rəsmi, nəzarətsiz çimərliklərdə baş verir”.

Mütəxəssis əlavə edib ki, çimərlik sahəsi olan istənilən istirahət məkanında xilasetmə xidməti mütləq şəkildə fəaliyyət göstərməlidir:

“Çimərliyin dövlətə və ya özəl şəxsə aid olması önəmli deyil. Hər iki halda sahilboyu ərazisi 100 metr olan çimərliklərdə ən azı bir, 200 metrlik sahələrdə isə iki xilasetmə heyəti fəaliyyət göstərməlidir. Təbii ki, bu xilasetmə xidmətinin sertifikasiyası da olmalıdır. Onlar ilkin tibbi yardım və xilasetmə üzrə təlimlərə qatılır, kifayət qədər təcrübəyə malik olurlar. Çimərlik sahibləri ərazidə təhlükəsizlik qaydalarını əks etdirən məlumat lövhələri yerləşdirməlidirlər. Eyni zamanda, üzmə sərhədlərini göstərən nişanlar quraşdırılmalıdır”.

Qeyd edək ki, paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir. Çimərlik mövsümü sentyabrın 15-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyun 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri