Icma.az
close
up
RU
Hər il on minlərlə insan bu səbəbdən ölür

Hər il on minlərlə insan bu səbəbdən ölür

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

ABŞ-da aparılan yeni bir araşdırma göstərir ki, fosil yanacaqlardan qaynaqlanan hava çirkliliyi hər il 91 mindən çox erkən ölüm hadisəsi ilə əlaqələndirilir. Bundan əlavə, bu çirklənmə ilə 10 mindən çox erkən doğum, yüz minlərlə astma halı və minlərlə xərçəng diaqnozu arasında da əlaqə müəyyən edilib.

Milli.Az xəbər verir ki, tədqiqat ABŞ-da neft və qaz sektorunun insan sağlamlığına təsirini həm miqyas, həm də coğrafi baxımdan təhlil edir. London Universitet Kolleci, Stokholm Ətraf Mühit İnstitutu, Cor Vaşinqton Universiteti və Kolorado Boulder Universitetinin alimləri tərəfindən aparılan araşdırmada hava çirkliliyinin yayılması inkişaf etmiş kompüter modelləri ilə xəritələndirilib və sağlamlıq statistikaları ilə uyğunlaşdırılıb.
Araşdırmaya görə, fosil yanacaqlar təkcə yandırılarkən deyil, eyni zamanda hasilat, qazma, daşınma və emal mərhələlərində də müxtəlif zərərli maddələr yayır. 

Bunlara azot dioksid (NO₂), ozon (O₃) və incə toz hissəcikləri (PM2.5) daxildir. Bu maddələr nəfəs yolu ilə ağciyərlərə qədər gedərək qan dövranına qarışa və ciddi xəstəliklərə səbəb ola bilər.

Tibbi araşdırmalar uzun müddətdir bu çirkləndiricilərin ürək-damar xəstəlikləri, tənəffüs problemləri və bəzi xərçəng növləri ilə əlaqəli olduğunu göstərir.
Astma, erkən doğum və xərçəng halları
Tədqiqatın əsas müəlliflərindən doktor Karn Vohra bildirir ki, neft və qaz mənbəli hava çirkliliyinin təsirlərini ölçmək üçün sektora xüsusi modellərdən istifadə edilib. Nəticələrə görə, incə toz hissəciklərinə bağlı erkən ölümlərin və doğuş problemlərinin təxminən beşdə biri bu sektorla əlaqəlidir. Azot dioksidə bağlı uşaq astması hallarının isə təxminən 90 faizi neft və qaz fəaliyyəti ilə bağlıdır.
Araşdırma həmçinin göstərir ki, risklər ölkə üzrə bərabər paylanmır. Yerli amerikalılar, hispanik icmalar və digər azlıq qrupları hasilat və nəqliyyat mərhələlərində daha çox çirklənməyə məruz qalır. Qara və asiyalı əhali isə daha çox emal və istehlak mərhələlərindən yaranan çirklənmədən təsirlənir.
Xüsusilə Texasın şərqi və Luiziananın "Xərçəng dəhlizi" kimi tanınan bölgələrində neft emalı müəssisələrinə yaxın yaşayış məntəqələri daha yüksək risk altında qalır.

Rəqəmlər real vəziyyəti tam əks etdirməyə bilər.

Araşdırma yalnız 2017-ci ilin məlumatlarına və açıq hava çirkliliyinə əsaslanır. Bu isə nəticələrin bugünkü vəziyyəti tam əks etdirmədiyini göstərir. 2017-2023-cü illər arasında ABŞ-da neft və qaz hasilatı 40 faiz artıb, bu da sağlamlıq risklərinin daha da yüksəlmiş ola biləcəyinə işarə edir.

Bundan əlavə, hesablama istixana qazları və iqlim dəyişikliyi kimi daha geniş təsirləri əhatə etmir. Yalnız hava çirkliliyi üzrə əldə edilən nəticələr belə fosil yanacaqlardan imtinanın nə qədər vacib olduğunu göstərir.

Tədqiqatın müəlliflərindən doktor Ploy Achakulwisut bildirir ki, fosil yanacaqlardan mərhələli şəkildə imtina həm iqlim böhranı, həm də ictimai sağlamlıq baxımından ciddi faydalar verə bilər: hər il yüz minlərlə insanın xəstəlik və erkən ölümdən qorunması mümkündür.

Tədqiqat "Science Advances" jurnalında dərc olunub./qaynarinfo

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri