Icma.az
close
up
RU
Vahid geyim tələbi sərtləşdirildi: Şagirdlər məktəbə buraxılmaya bilər?

Vahid geyim tələbi sərtləşdirildi: Şagirdlər məktəbə buraxılmaya bilər?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məktəbli formasına dair tələblərə riayət olunmasının hüquqi müstəvidə təsbit edilir. Bu, “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Bəs məktəbli formasının qanunla məcburi edilməsi nə dərəcədə zəruridir?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov Redaktor.az-a bildirdi ki, dəyişikliyə qədər məktəbli forması tələbi, əsasən, Nazirlər Kabinetinin qərarları və daxili nizamnamələr ilə tənzimlənirdi.

Onun sözlərinə görə, bu tələbin qanun səviyyəsinə qaldırılmasının hüquqi zərurəti bir neçə amillə bağlıdır:

"Bu, hüquqi icra mexanizminin gücləndirilməsi zərurətidir ki, daxili təlimatlar çox vaxt tövsiyə xarakteri daşıyırdı və mübahisəli vəziyyətlərdə hüquqi baza kimi daha güclü arqument sayılmırdı. Qanunvericilikdə təsbit edilməsi bu tələbi hamı üçün məcburi normaya çevirir. Eyni zamanda, bu, vəzifə və məsuliyyətin konkretləşdirilməsi baxımından da önəm daşıyır. Təhsilalanların hüquqları ilə yanaşı, vəzifələri də qanunla müəyyən edilir və geyim qaydası artıq sadəcə bir məktəb direktoru və ya müəllimin fərdi tələbi deyil, dövlətin təhsil siyasətinin bir hissəsi kimi hüquqi məsuliyyət yaradır.

Dəyişikliyin müsbət tərəfləri və arqumentləri, bütövlükdə dəyişikliklə bağlı arqumentlər nədən ibarətdir? Vahid geyim tələbinin qanunla möhkəmləndirilməsi, yəni hüquqi çərçivədə yer almasının əsas arqumentləri sosial bərabərliyin qorunmasından irəli gəlir. Məktəb mühitində şagirdlərin ailələrinin maddi imkanlarının geyim vasitəsilə büruzə verilməsinin qarşısını alır və bu, uşaqlar arasında yarana biləcək psixoloji diskomfortu və diskriminasiyanı azaldır. Nəzərə alsaq ki, məktəb həm də tərbiyə müəssisəsidir və tərbiyə müəssisəsində, təbii ki, geyim də bir mədəniyyət simvolu kimi özünü büruzə verməlidir. Vahid geyim şagirdlərdə rəsmiyyət və məsuliyyət hissini daha da gücləndirir. Eyni zamanda, diqqətin geyim dəbinə deyil, yəni kimin geyiminin daha yaxşı, kimin geyiminin daha zəif görünməsinə deyil, təhsil prosesinə yönəlməsinə kömək edir. Şagirdlərin məktəb daxilində və kənarda digər şəxslər tərəfindən daha aydın fərqləndirilməsi baxımından da əhəmiyyətlidir".

Müsahibimizin fikrincə, hüquqi və praktiki müstəvidə diqqət yetirilməli bir neçə məqam var:

"Hüquqi tənzimləmənin uğurlu olması üçün qanunun tətbiqi zamanı bəzi həssas məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Geyim tələbinə əməl etməyən şagirdin təhsil müəssisəsinə buraxılmaması Konstitusiya ilə təsbit olunmuş təhsil almaq hüququnun məhdudlaşdırılması kimi şərh edilməməlidir. Yəni, bütövlükdə burada təhsil hüququ ilə mütənasiblik və vəhdət qorunmalıdır. Hüquqi sanksiyalar təhsil hüququnu zədələmədən, intizam tənbehi çərçivəsində tətbiq olunmalıdır. Bu, mütləqdir. Eyni zamanda, qanunun tələblərinə riayət edilməsini önə gətiririksə, yəni məktəbli formalarına dair tələblər ciddiləşirsə, dövlət aztəminatlı ailələrin bu məktəbli formaları ilə təmin edilməsini və qiymətlərin optimallaşdırılması mexanizmlərini də tam təmin etməlidir. Çünki burada iqtisadi əlçatanlıq hamı üçün bərabər ola bilməz. Əks halda, bu tələb sosial yükə çevrilə bilər. Bu mənada əminəm ki, həm dövlət, həm də bütövlükdə məktəbli forması istehsal edən müəssisələr bunu nəzərə almalıdırlar. Eyni zamanda, geyim standartları müəyyən edilərkən mövsümi şərtlər və şagirdlərin sağlamlıq xüsusiyyətləri də çevik qaydalar və alternativlər şəklində tənzimlənməlidir.

Təxminən 4-5 il bundan öncə, pandemiyadan bir qədər əvvəl idi. Mən Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada məsul katib olanda məhz bu təşəbbüslə İctimai Şura olaraq çıxış etmişdik. Məktəbli geyimlərini istehsal edən qurumların rəhbərləri ilə Elm və Təhsil Nazirliyinin rəhbərliyi arasında ictimai müzakirə keçirmişdik. Mən o zaman da qeyd etmişdim, indi də qeyd edirəm ki, burada bazar mütləq şəkildə düzgün tənzimlənməlidir. Buna nəzarət olunmalıdır. Qiymətlər şişirdilməməlidir. Bunu qanuna saldıq, yaxşı, bəs bu geyimlərin keyfiyyətinə nəzarət məsələləri necə tənzimlənəcək? Qiymətlər necə tənzimlənəcək? Çünki bu, böyük bir bazardır və bu bazarda hər kəs istədiyi şəkildə məhsul sata bilməz. Bundan sui-istifadə edilə bilməz. Bu, şagirdin lehinə olan qərar olmalıdır, ailələrin lehinə olan qərar olmalıdır. Təhsil naminə olan yanaşma burada mütləq şəkildə üstün tutulmalıdır. Mən hesab edirəm ki, bütün bunlar qanunda da öz yerini almalıdır. Biz sərtləşməni yalnız təhsil naminə etməliyik, uşaqlar naminə etməliyik, gələcəyimiz olan vətəndaşlar naminə etməliyik, ailələr naminə etməliyik. Yəni, bütövlükdə mən bunun qanunvericiliyə daxil edilməsini düzgün sayıram, amma hesab edirəm ki, biz qanunda həmin çərçivələri də düzgün müəyyənləşdirməliyik. Sabah bu haldan sui-istifadə halları olacaqmı? Prosesdən şagirdlər və ailələr ziyanlı tərəf kimi yox, faydalı tərəf kimi çıxa bilməlidirlər".

İlqar Orucov vurğuladı ki, "Ümumi təhsil haqqında" Qanuna edilən bu dəyişiklik məktəblərdə vahid idarəetmə standartlarının qorunması baxımından atılmış sistemli bir addımdır:

"Hüquqi müstəvidə bu yanaşma icra intizamını artırmaq üçün effektiv alət ola bilər. Lakin bu dəyişikliyin cəmiyyətdə tam qəbul edilməsi və uğur qazanması birbaşa onun tətbiq mexanizmindən, o cümlədən formaların keyfiyyətindən, qiymət əlçatanlığından və məktəb rəhbərliyinin prosesi inzibati təzyiqə çevirmədən idarəetmə bacarığından asılı olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri