Icma.az
close
up
RU
“Vahid Qafqaz evi” layihəsi də yenidən aktuallaşa bilər ŞƏRH

“Vahid Qafqaz evi” layihəsi də yenidən aktuallaşa bilər ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Qafqazda uzun illər davam edən münaqişələr regionun inkişafına mənfi təsir göstərib. Lakin son razılaşmalar və sülh təşəbbüsləri yeni reallıqlar yaradıb. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşdən sonra bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə olunan sülh razılaşmasını Gürcüstan alqışlayır. Nazir vurğulayıb ki, bu razılaşma Cənubi Qafqazda davamlı sülh və regional əməkdaşlıq üçün imkanlar açır və Tbilisi bu prosesdə aktiv rol oynamağa davam edəcək.

Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında Gürcüstannın Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı ölkə olduğunu və bunu müsbət qarşıladığını söyləyib:

"Bu mövqe bir daha göstərir ki, Tibilisi baş verən prosesləri və yeni realıqları yaxından izləyir, qiymətləndirir və ona uyğun olaraq konstruktiv mövqe sərgiləyir. Cənubi Qafqaz uzun müddət çox təəssüf ki, münaqişələr zonası kimi mənfi bir ad qazanıb. Amma sevindirici haldır ki, artıq münaqişələrin böyük ölçüdə həllinə nail olunub. Xüsusilə, Vaşinqtonda avqustun 8-də əldə olunan razılaşma münaqişənin təxminən 80%-nin həll edildiyini göstərir. Qalan 20% isə əsasən texniki məsələlərdir. Bunlara delimitasiya, anklavlar və paraflanmış sülh sazişinin imzalanması daxildir. Sülh sazişi Gürcüstanı da yaxından maraqlandırır və ümumilikdə bu Gürcüstan üçün müsbət tendensiya sayılır. Artıq Gürcüstan yalnız Bakı ilə İrəvan arasında qalmayacaq və hər iki tərəflə əməkdaşlıq apara biləcək. Paralel olaraq, Gürcüstanın uzun müddətdir gündəmə gətirdiyi “Vahid Qafqaz evi” layihəsi də yenidən aktuallaşa bilər. Bu məsələdə Tiblisi artıq yenidən layihənin bazasını formalaşdırır. Eyni zamanda, Gürcüstanın narahatlığı da başa düşüləndir. Belə ki, bəzi dairələrdə yanlış təsəvvür formalaşıb. Guya Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa və iqtisadi münasibətlər bərpa olunarsa, Gürcüstan regiondan kənarlaşdırıla bilər".

Politoloq bu vaxta qədər Azərbaycanın təhlükəsizlik adası rolunu oynayan Gürcüstan üzərindən layihələr həyata keçirdiyini vurğulayıb:

"Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər layihələr Gürcüstan üzərindən keçib. Amma indi Ermənistan da bu layihələrə qoşula bilər və bəzi dairələrdə bunun Gürcüstanın rolunu azaldacağı təəssüratını yaradıb. Lakin reallıq belə deyil. Gürcüstan bu məsələdə əksinə, yeni imkanlar qazanacaq. Yeni layihələrdə Tbilisinin rolu daha da artacaq. Batum və Poti limanları Gürcüstanda olduğu müddətcə bu ölkə həmişə aktiv iştirakçı olacaq. Görünür, Gürcüstan hakimiyyəti də bunun fərqindədir və buna görə bu tipli açıqlamalar verir.Qonşu ölkənin məsələyə bu qədər yaxından maraq göstərməsi müsbət haldır. Bu, həm də Gürcüstana olan inamı artırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri