Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

myGov vahid giriş qapısına çevrilir? ŞƏRH

myGov vahid giriş qapısına çevrilir? ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ötən gün keçirilən müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin vahid mərkəzdən – myGov üzərindən təqdim olunması ilə bağlı mövqeyi vətəndaş baxımından ideal modeldir.

Vətəndaş üçün ən doğru yanaşma odur ki, bütün dövlət xidmətləri bir platformadan əlçatan olsun, əlavə tətbiq axtarmağa, müxtəlif sistemlərə uyğunlaşmağa ehtiyac qalmasın”.

Gununsesi.info bildirir ki, bu fikirləri Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  deyib:

“Prezidentin göstərişinin mənası odur ki, dövlət qurumları yalnız xidmət istehsalçısı olaraq qalmalıdır, xidməti təqdim edən paralel platformalar və tətbiqlər ləğv edilməlidir. myGov vahid vitrin rolunu oynamalıdır, xidmətin özü isə arxada – müvafiq qurumlarda formalaşmalı və inkişaf etdirilməlidir.

Bu yanaşma beynəlxalq təcrübəyə tam uyğundur və uzun illərdir rəqəmsal dövlət modelində əsas prinsip kimi qəbul olunur.

Bizim tərəfimizdən də bu istiqamətdə illərdir təkliflər səsləndirilib. Xüsusilə eGov səlahiyyətləri müxtəlif dövrlərdə əl dəyişdikcə, vahid giriş və mərkəzləşmiş vitrin modelinin vacibliyi dəfələrlə bizim tərəfimizdən də qeyd olunub.

Lakin indiyədək bu mövzuda bu qədər açıq və prinsipial mövqe ortaya qoyulmamışdı.

Prezidentin çıxışında ayrıca vurğulanan mühüm məqam bu tətbiqləri hazırlayan komandaların əməyinin qiymətləndirilməsidir. Bu platformalar öz dövrü üçün zəruri və faydalı olub, inteqrasiyaların olmadığı mərhələdə minlərlə, hətta milyonlarla vətəndaşa dayanıqlı xidmət göstərib. Onların arxasında isə peşəkar və təcrübəli komandalar dayanıb. Bu baxımdan həmin platformalar dövlətin rəqəmsallaşma yolunda mühüm mərhələ rolunu oynayıb və görünür, Prezident də məhz bu reallığı nəzərə alaraq onların rolunu yüksək qiymətləndirib.

Amma burada bir incə məqam var.

Axı xidməti istehsal edən myGov deyil. myGov sadəcə vitrindir. Xidmət arxada, hər bir dövlət qurumunda istehsal olunur. İndiyədək bu xidmətlər həm myGov üzərindən, həm də qurumların öz resurslarında təqdim olunurdu və bu, həmin komandalar üçün əməyinin nəticəsini görmək baxımından əlavə motivasiya yaradırdı.

İndi sual yaranır: bu platformalar ləğv edilərsə, həmin xidmətləri yaradan, təqdim edən və inkişaf etdirən yüzlərlə əməkdaşın motivasiyası zəifləyə bilərmi? Dövlət qurumlarında innovasiyaya meyl azala bilərmi? Təşəbbüskarlıq tədricən texniki icra səviyyəsinə enə bilərmi?

Bunlar kifayət qədər ciddi və cavab tələb edən suallardır və aidiyyəti qurumlar bu risklərin fərqində olmalıdır.

Bu səbəbdən keçid kəskin deyil, tədrici aparılmalıdır. İstifadəçi axını mərhələli şəkildə myGov-a yönləndirilməli, paralel işləmə dövrü saxlanmalı, komandaların dövlət qurumlarında və yeni mərhələdə rolu və məsuliyyəti əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir.

Çünki rəqəmsal hökumət yalnız vahid platforma ilə deyil, insan kapitalını qoruyan və inkişaf etdirən düzgün idarəetmə modeli ilə dayanıqlı olur”.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see242

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see230

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see192

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see191

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see190

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see187

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see182

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see180

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see178

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see178

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri