Icma.az
close
up
RU
Cənubi Qafqaz Mərkəzi Asiya vahid geosiyasi məkan rolunda...

Cənubi Qafqaz Mərkəzi Asiya vahid geosiyasi məkan rolunda...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın yeni administrasiyası Mərkəzi Asiya və Cənubi Qafqaza münasibətini yeni çalarlarla formalaşdırmalıdır

Sirr deyil ki, 2020-ci il Vətən müharibəsi tək Cənubi Qafqazın deyil, ümumilikdə böyük bir coğrafiyanın həyatında yeni mərhələ başlatdı. Məhz müharibənin nəticələrinin ortaya çıxardığı mənzərə Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya xətti üzrə yeni iqtisadi-siyasi gündəm formalaşdırdı. Artıq bölgə özünün geocoğrafi və geoiqtisadi üstünlüklərini dividendə çevirir, proseslərdə yeni siyasi aktor qismində iştirak edir. Yeni mərhələ Azərbaycanın təşəbbüsü ilə möhkəmlənən Şərq-Qərb münasibətlər sistemi üzrə cəlbedicilik yaradıb. XXI əsrin ən mühüm çağırışı olan “əlverişli ticari yol” tematikası Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın geocoğrafi imkanlarını və əhəmiyyətini yüksək səviyyədə aktuallaşdırır. Şərq-Qərb, Şimal-Cənub seqmentləri üzrə yüksək rentabelli infrastruktura malik olması Azərbaycanın iqtisadi potensialını parlaq şəkildə ortaya qoyur. Paralel olaraq bu iqtisadi göstəricilərlə yanaşı, müharibədə əldə olunan qalibiyyət və yeni siyasi reallıqlar həm də ölkəmizin bölgəsəl siyasi liderliyini möhkəmləndirir.

Bayden administrasiyasının böyük səhvi...

Göründüyü kimi, həm Şərqin, həm də Qərbin diqqət mərkəzində olan və Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir - təhlükəsizlik seqmentinin ən yüksək səviyyədə təminatını da reallaşdırır, gələcək əlaqələrin inkişafını da sürətləndirir. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən siyasi qərarları növbəti mərhələdə yeni nizamın gündəminin müəyyənləşməsinə əhəmiyyətli təsir göstərir. Bu isə, ümumilikdə regiona münasibətdə yeni ştrixlər formalaşdırır.

Məsələn, Azərbaycana qarşı qeyri-adekvat münasibət göstərən Bayden administrasiyasının addımları artıq uzun müddət idi ki, ABŞ-ın bölgəsəl maraqlarını təhlükə qarşısına qoyurdu - işğalçı Ermənistanın dəstəklənməsi Bayden administrasiyası üçün həm də regional əməkdaşlıq müstəvisində aşkar çətinliklər yaradırdı. Bunun səbəbləri var:

- ABŞ-ın bütün mənalarda Mərkəzi Asiya ilə əlaqələri Azərbaycan üzərindən uzlaşdırılmalıdır;

- Bölgənin aparıcı dövlətinə qarşı bu kimi münasibət Bayden administrasiyasının nəinki regionda güclənməsinə, ümumiyyətlə arxa plana keçirilməsinə yol açırdı;

- Bayden administrasiyası Ermənistanı dəstəkləməklə həm də regionda təhlükəsizlik arxitekturasının tam şəkildə bərqərar olmasına mane olurdu.

Bütövlükdə isə, bölgəyə nəzərən Ermənistan - ABŞ münasibətlərinin ön plana çıxarılması Bayden administrasiyasının bizim regiona səhv istiqamət üzrə yaxınlaşdığının real göstəricisi idi.

Artıq ABŞ-da yeni Prezident seçilib və Donald Trampın birinci prezidentliyi dövrünü nəzərə alsaq, məsələlərə yanaşmada daha praqmatik, işgüzar münasibətlərə üstünlük verdiyini görmüş olaraq. Bu nöqteyi-nəzərdən yeni dövrdə ABŞ ilə Azərbaycan arasında əlaqələrdə yeni çalarların yaranmasına ümid böyükdür.

Mərkəzi Asiya və Qafqaz ölkələrinə münasibətdə yeni strategiya...

Yeri gəlmişkən, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) ABŞ-ın növbəti administrasiyasının Mərkəzi Asiya və Qafqaz ölkələri ilə uğurlu işləyə biləcəyi istiqamətləri əks etdirən yeni strategiya hazırlayıb. Mərkəzin aparıcı eksperti Erik Rudenşoldun müəllifi olduğu “Transxəzər trayektoriyası: Mərkəzi Asiya və Qafqaz üçün yeni ABŞ strategiyası” adlı sənədin ABŞ-ın paytaxtı Vaşinqtonda təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Xəzər Siyasət Mərkəzinin prezidenti Əfqan Nifti son bir neçə ildə Mərkəzi Asiya və Qafqaz regionunun diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, digər dövrlərlə müqayisədə indi regiona daha çox maraq var və bu maraq getdikcə artır. Xəzər regionu qlobal oyunçularla münasibətlərini şaxələndirmək istiqamətində fəal addımlar atır və bu, regiona hərtərəfli yanaşma tələb edir. Əfqan Nifti Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir-birinə bağlı olduğunu və ABŞ üçün hər iki regionu əhatə edən strategiyaya ehtiyac olduğunu qeyd edib.

Strategiyanın müəllifi Erik Rudenşold bildirib ki, yeni seçilmiş prezident Donald Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi müddətində Mərkəzi Asiyaya diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert bildirib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərindən çıxmağa başlayıb, Azərbaycan və Gürcüstan vasitəsilə sürətlə Qərbə genişlənən və inkişaf edən ticarət dəhlizinin hissəsinə çevrilib.

Mərkəzin eksperti Riçard Hoqlandın moderatorluğu ilə keçirilən panel müzakirələrində ekspertlər Birləşmiş Ştatlar üçün Qafqaz və Mərkəzi Asiya regionlarında imkanlar yaradan sahələr barədə danışıblar. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətindən danışıb. O, həmçinin Orta Dəhlizin vacib alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit nöqtəsi kimi rolunu vurğulayıb.

“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi ABŞ-ın Mərkəzi Asiya və Qafqaz regionları üzrə siyasətində diqqət etməli olduğu əsas məqamları qeyd edib. O bildirib ki, ABŞ regionda iştirakını artırmalıdır və region ölkələrinə regional və beynəlxalq münasibətləri balanslaşdırmaqda kömək etməlidir.

Azərbaycanın yeri və imkanları...

Yeni nizamın çağırışlarına uğurla cavab verən Azərbaycan özünün çoxvektorlu siyasətini əməkdaşlıq və tərəfdaşlıq prinsipləri üzərindən qurur. Aİ ölkələrinin enerji təhlükəsizliyinin təminatında oynadığımız rol, ABŞ ilə bərabərtərəfli və milli maraqlara əsaslanan münasibətlərə əsaslanmağımız, Rusiya ilə iqtisadi imkanların daha da genişlənməsinə xidmət edən yanaşmamız, Çin ilə mövcud əlaqələrin daha da böyüdülməsi istiqamətində addımlarımız, strateji tərəfdaşlıq müstəvisinin formalaşdırılmasına yönəlik xətt qlobal imkanların artırılması üçün hədəflənən konturlarımızdır. Eyni zamanda, Mərkəzi Asiyanın Qərbə çıxışı üçün pəncərə rolunun oynanılmasına, ərəb dünyasının istər yerləşdiyimiz region, istərsə də Türk dünyası ilə inteqrasiyasının daha da gücləndirməsi və ən nəhayət Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində yerinin formalaşdırılmasına yönəlik addımlarımız müsbət tendensiya yaradır - artıq əlaqələr bu və ya digər şəkildə müəyən çərçivədə məhdudlaşmır, tam əksinə əlaqələr çoxtərəfli, şaxələndiriliş və genişləndirilmiş şəkildə sürət qazanır. Transxəzər imkanları Azərbaycanın timsalında Cənubi Qafqaz - Mərkəzi Asiya vahid geosiyasi məkan anlayışını formalaşdırıb ki, ABŞ-ın yeni administrasiyasını bünü mütləq şəkildə nəzərə almalıdır.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri